Müxalifət Bakıda etiraz aksiyası keçirib
Tarix: 14-04-2018 17:08 | Bölmə: Siyasət
Müxalifət Bakıda etiraz aksiyası keçirib

Bu gün paytaxtın “Məhsul” stadionunda Milli Şura və Müsavat Partiyasının təşkilatçılığı ilə mitinq keçirilib.

Aksiyada AXCP sədri Əli Kərimli, Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı, yazar Zümrüd Yağmur, Milli Şuranın üzvü Vidadi Mirkamil, AXCP gənclər təşkilatının sədri Emil Səlimov, Müsavat başqanı Arif Hacılı və Milli Şuranın sədri Cəmil Həsənli çıxış ediblər.

Məlumatda bildirilir ki, aksiyadan əvvəl mitinqin onlarla təşkilatçısı saxlanılaraq, inzibati həbsə məruz qalsa da, mitinqdə minlərlə insan iştirak edib.

Aksiyada “Azadlıq”, “İstefa”, “Bu vətən bizimdir!” və digər şüarlar səsləndirilib. İştirakçılar müxtəlif plakatlar və siyasi məhbusların şəkillərini qaldırıblar.

Mitinq iştirakçıları hakimiyyətə qırmızı kart göstəriblər. Minlərlə aksiya iştirakçısı eyni vaxtda qırmızı kart göstərərək “İstefa” şüarı səsləndirib.

Mitinqdn sonra Bakı Şəhər Baş Polis İdarəsi rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi saat 15.00-dan 17.00-dək davam edib: “Toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi və NİDA hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib”.

Polis idarəsinin məlumatında qeyd olunur ki, mitinqdə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}