07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Həmsədrlər Azərbaycan və Ermənistanı təcili tədbirlər görməyə çağırır - Bəyanat
Tarix: 23-04-2018 22:45 | Bölmə: Siyasət
Həmsədrlər Azərbaycan və Ermənistanı təcili tədbirlər görməyə çağırır

ATƏT-in Minsk qrupunun həmsədrləri regionda son hadisələrlə bağlı bəyanat yayıblar.

Həmsədrlərin bəyantında bildirilir ki, bu həssas dövrdə tərəflərin atəşkəsə hörmətlə yanaşması mühüm əhəmiyyət kəsb edir.

Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) tərəfləri gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə, münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqları bərpa etməyə çağırıblar.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib.

Onu da qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}