17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ABŞ Ermənistanın yeni hökuməti ilə əməkdaşlıq etmək istəyir
Tarix: 25-04-2018 07:23 | Bölmə: Siyasət
ABŞ Ermənistanın yeni hökuməti ilə əməkdaşlıq etmək istəyir

ABŞ Ermənistanda hakimiyyətin dinc şəkildə ötürülməsini təmin etmək üçün bütün tərəfləri konstruktiv danışıqlara çağırıb. “RİA Novosti”nin xəbərinə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.

“Qarşıdakı günlər erməni xalqı və onun seçdiyi liderləri üçün tarixi məqamdır, çünki onlar yeni hökumətin formalaşdırılması prosesinə start verirlər. Hakimiyyətin dinc şəkildə ötürülməsini təmin etmək üçün bütün tərəfləri Konstitusiya, qanunlar çərçivəsində konstruktiv danışıqlara çağırırıq”, - deyə Hezer Nauert bildirib.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Vaşinqtonun yeni hökumətlə qarşılıqlı maraq doğuran bir çox sahədə sıx çalışmağı səbirsizliklə gözlədiyini vurğulayıb.

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bundan əvvəl baş nazir postunu tutmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı aprelin 13-dən keçirilən etiraz aksiyaları aprelin 23-də hökumətin istefası ilə nəticələnib. Ölkədə yeni baş nazir seçkiləri mayın 2-nə təyin edilib.(APA)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}