Putin Karapetyanı təlimatlandırır - Politoloq
Tarix: 27-04-2018 08:53 | Bölmə: Siyasət
Putin Karapetyanı təlimatlandırır

Moskva öz adamı Karen Karapetyanın vəziyyəti nəzarət altına ala bilmədiyini gördükdən sonra Ermənistandakı proseslərə müdaxilə etməyə başlayıb.


Bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Putin Ermənistanda hadisələrin inkişafından narahatdır:

“Putin dünən Prezident Armen Sərkisyanla danışmışdı. Sonra xarici işlər naziri Nalbəndyan Moskvaya çağırıldı. Bu gün isə Putin və Karapetyan arasında telefon danışığı oldu. Bu barədə Kreml tərəfindən yayılan məlumatda aşağıdakı cümlə diqqət çəkir: “Ermənistandakı böhran 2017-ci ilin aprelindəki legitim (halbuki aksiyalar seçkilərin saxtalaşdırıldığı və qeyri-legitim olduğunun nəticəsidir - red.) parlament seçkilərinin nəticələri əsasında həllini tapmalıdır”.

Politoloq bu cümlədəki fikri izah edib:

“Son parlament seçkilərində Serj Sərkisyanın Respublika Partiyası 49% səslə qalib gəlib və 105 yerlik parlamentdə 58 mandat qazanıb. Daşnakların 7 deputatı ilə birlikdə hakim çoxluq formalaşdırılıb. Nikol Paşinyanın daxil olduğu Yelk (Çıxış) Bloku isə 7,8% səslə 9 yer əldə edib. İndi Paşinyan deyir ki, baş nazir özüm olmalıyam və ölkəni erkən seçkilərə mən aparmalıyam. Putin isə yuxarıdakı cümlə ilə anlatmağa çalışır ki, son seçkilərin nəticələri əsasında formalaşmış konfiqurasiya pozulmamalıdır, yəni baş nazir Paşinyan yox, məhz çoxluğa malik RP-nin təmsilçisi, Karen Karapetyan olmalıdır".

Politoloq vurğulayıb ki, əgər baş nazir Karapetyan olsa, o, hazırda dağılmış, demotivə olmuş, oriyentasiyasını itirmiş hakimiyyət komandasını seçkilərə qədər toparlamağa, özünü güc strukturları başda olmaqla, bürokratik aparata qəbul etdirməyə və beləliklə, seçkilərə güclü şəkildə girib, admin-resursu işə salmaqla yenidən RP-nin qələbəsini təmin etməyə çalışacaq:

“Paşinyan bunu çox yaxşı anladığı üçün RP-nin dərhal iqtidardan çəkilərək hakimiyyəti xalqın nümayəndəsinə təhvil verməyi tələb edir. Rusiya artıq mövqeyini ortaya qoydu. Moskva Paşinyanı istəmir”.(Axar.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}