17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ALDP sədri AXHP rəhbəri ilə görüşüb - Foto
Tarix: 23-05-2018 23:23 | Bölmə: Siyasət
ALDP sədri AXHP rəhbəri ilə görüşüb

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlər çərçivəsində Çağdaş Milli Azadlıq Hərəkatının liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri, Azərbaycan Xalq Hərəkatı Partiyasının (AXHP) sədri Nəsir Ağayevlə görüşüb.

ALDP-nin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, ALDP sədri F. Əliyev N. Ağayevlə tanış olduğundan fəxr etdiyini bildirib: “Sizinlə 17 bundan əvvəl tanış olduğuma görə gürur duyuram. Siz Azərbaycanda 80-ci illərdə Xalq Hərəkatının aparıcı simalardan birisiz. Siz Azərbaycanın müstəqilliyi, Azərbaycan bayrağının yenidən dalğalanması və azadlığı üçün heç nəyi fikirləşmədən mübarizəyə qatılmışdız”.

F. Əliyev deyib ki, Azərbaycanın azadlığı və müstəqilliyinin qorunması uğrunda aparılan mübarizə asan olmayıb: “Müxtəlif təqib və təzyiqlərlə, hətta ölümlə hədələnmisiz. Amma mübarizənizdən dönməmisiz. Sizin kimi mübarizlər gənc nəslə nümunə, örnək olmalıdır. Sizin qarşısında baş əyirik”.

N. Ağayev xoş sözlərə, onu yada salıb ziyarət etdiyinə görə ALDP rəhbərinə minnətdarlığını bildirib və ona kitab hədiyyə edib.

ALDP sədri AXHP rəhbəri ilə görüşüb




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}