İki general işdən çıxarılıb - Təyinat
Tarix: 29-05-2018 17:39 | Bölmə: Siyasət
İki general işdən çıxarılıb

Dövlət Gömrük Komitəsində növbəti kadr dəyişiklikliyi olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov sərəncama götürülüb.

Məlumata görə, V.Novruzovun yerinə Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov təyin edilib.

Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə isə Hüseyn Həsənli təyin olunub.

Gömrük Komitəsində daha bir kadr dəyişikliyi də olub. Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev tutduğu vəzifədən azad edilib.

Reyting.az saytı Unikal.org-a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Baba Salayevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalayıb.

Onun yerinə isə gömrük polkovniki Rəsulov Məsum Eynalı oğlu təyin edilib.

Qeyd edək ki, Baba Salayev millət vəkili Hacı Salayevin qardaşıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}