Gürcüstanda böyük aksiya keçiriləcək - Etiraz
Tarix: 01-06-2018 10:58 | Bölmə: Siyasət / Xəbərlər
Gürcüstanda böyük aksiya keçiriləcək

Gürcüstanın paytaxtı Tbilisidə, parlament binasının qarşısında toplaşan etirazçılar bu gün daha böyük miqyaslı aksiyanın keçirilməsinə hazırlaşırlar.

Aksiyanın təşkilatçıları hələlik çadırlarda yerləşiblər.

"Biz yağışda islanmamaq üçün çadırlar qurduq. Zaza (öldürülən yeniyetmənin atası-red) və tərəfdarları burdan getməyəcəklər. Sabah (bu gün - red) bura Gürcüstanın bütün regionlarından gələcəklər və saat 16:00-da dünənkindən də iri miqyaslı aksiya başlayacaq", - deyə aksiyaçılardan biri bildirib.

Bildirilir ki, güclü yağış səbəbindən parlamentin yerləşdiyi Rustavelli prospektində adam azdır. Daha əvvəl ölkənin Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçirilib. Bundan sonra baş prokuror İrakli Şotadze istefaya gedib.

Kütləvi aksiyanın təşəbbüskarı qışda Tbilisinin mərkəzindəki davada qətlə yetirilmiş 16 yaşlı yeniyetmənin atası Zaza Saralidzedir. O, hesab edir ki, prokurorluq bu işlə bağlı qeyri-obyektiv təhqiqat aparıb və insidentin iştirakçılarından birini – sabiq prokurorun oğlunu gizlədib.

Cümə axşamı məhkəmə müttəhimlərdən birinə bəraət qazandırıb. Digər müttəhimə qarşı ittiham yüngülləşdirilib.

Bu səbəbdən də ölkənin Baş Prokurorluğu qarşısında aksiya keçirilib və etiraz tədbiri parlamentin binası qarşısında davam etdirilir/Report.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}