AŞPA-dakı nümayəndə heyətimizin tərkibi dəyişəcək
Tarix: 02-06-2018 15:55 | Bölmə: Siyasət / Xəbərlər
AŞPA-dakı nümayəndə heyətimizin tərkibi dəyişəcək

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində rotasiya qaydasında dəyişiklik edilir.


Belə ki, AŞPA-dakı nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları - Çingiz Qənizadə və Naqif Həmzəyevin yeni üzv seçilməsi təklifi irəli sürülüb.

Məsələyə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar plenar iclasında baxılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir:

Səməd Seyidov (sədr), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elşad Həsənov, Rəfael Hüseynov, Rövşən Rzayev, Ülviyyə Ağayeva, Asim Mollazadə və Vüsal Hüseynov.

Lakin ölkə başçısının imzaladığı sərəncamla deputatlar Rövşən Rzayev "Dövlətqaçqınkom”un sədri, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edildiyindən, onlar AŞPA-ya gedə bilmirlər.(Modern.az)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}