13:45 / 18-03-2019
Sağ olun, cənab Prezident!
00:22 / 18-03-2019
Ruhumuzu necə xilas etməli?
18:23 / 16-03-2019
Əli İnsanov da əfv olundu
Elmar Məmmədyarov yeni səfirlə görüşüb - Foto
Tarix: 09-06-2018 00:41 | Bölmə: Siyasət
Elmar Məmmədyarov yeni səfirlə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.

XİN-dən verilən məlumata görə, görüşdə səfir Mixail Boçarnikov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Elmar Məmmədyarov səfiri təyinatı münasibətilə təbrik edərək ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Mixail Boçarnikov Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüş zamanı Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə olunub. Siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. İkitərəfli əməkdaşlığın inkişafında regionlararası əməkdaşlığın xüsusi rolu qeyd olunub.

Söhbət əsnasında həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xəzər dənizinin hüquqi statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov yeni səfirlə görüşüb

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}