23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verməyə başlayıblar
Tarix: 17-06-2018 10:21 | Bölmə: Siyasət
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verməyə başlayıblar

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 24-də keçiriləcək parlament və prezident seçkilərinə bu gündən etibarən səs verməyə başlayıblar.

Trend-in məlumatına görə, səsvermə Türkiyənin Bakıdakı səfirliyində, Gəncə və Naxçıvan konsulluqlarında keçirilir.

Qeyd edək ki, daha öncə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral açıqlamasında Azərbaycanda 4500 Türkiyə vətəndaşının səsvermə hüququna malik olduğunu bildirib.

Məlumat üçün bildirək ki, bu gün Azərbaycanla yanaşı İran, İraq, İrlandiya, İspaniya, Misir, Serbiya və Özbəkistanda yaşayan Türkiyə vətəndaşları səsvermədə iştirak edirlər.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 10 siyasi partiya qatılacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}