19:27 / 23-09-2018
Bu uşaq metroda doğulub
Rusiyaya qarşı sanksiyaların müddəti uzadılıb
Tarix: 18-06-2018 15:28 | Bölmə: Siyasət
Rusiyaya qarşı sanksiyaların müddəti uzadılıb

Avropa İttifaqı Şurası Krım və Sevastopolun Rusiya tərəfindən ilhaqı ilə əlaqədar tətbiq etdiyi sanksiyaların müddətini daha 1 il uzadıb.

“RİA Novosti”nin xəbərinə görə, Brüsselin sanksiyaları Aİ vətəndaşları və şirkətlərinin Krımdan mal idxal etməsini, yarımadaya investisiya yatırmasını, turizm xidmətləri göstərilməsini, Krıma nəqliyyat, telekommunikasiya və energetika avadanlıqları, o cümlədən neft, qaz, faydalı qazıntıların hasilatı və emalı ilə bağlı texnologiyaların ixracını qadağan edir. Texniki yardım, vasitəçi xidmətləri, tikinti-mühəndislik xidmətləri də qadağandır.

Xatırladaq ki, 2014-cü ilin martında Ukraynanın Krım Muxtar Respublikasının Rusiya tərəfindən ilhaqından sonra Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib.(Mənbə:APA)




Bölməyə aid digər xəbərlər