14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Partlayışlar digər sahələrdə də müşahidə oluna bilər - Qubad İbadoğlu
Tarix: 07-07-2018 15:17 | Bölmə: Siyasət
Partlayışlar digər sahələrdə də müşahidə oluna bilər

Hər bir ölkədə partlayışlar olur, bunun bir çox səbəbləri var: təbii fəlakət, texniki nasazlıqlar, məsuliyyətsiz və pis idarəçilik və s.

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu Mingəçevirdə yerləşən İstilik Elektrik Stansiyasındakı son hadisələrə münasibət bildirərkən qeyd edib.

Q. İbadoğlunun fikrincə, Mingəçevirdəki hadisələr göstərdi ki, Azərbaycandakı partlayış dövlət şirkətlərində çoxdan kök salmış korrupsiyanın məntiqi nəticəsidir:

“Partlayış göstərdi ki, Azərbaycan pis idarə olunur. Hətta fövqəladə vəziyyətdə məsul orqanlar arasında koordinasiya, böhranı idarəetmə proqramı və meneceri yoxdur”.

İqtisadçı-alimin iddiasına görə, Azərbaycanda indiyə qədər olan və bundan sonra baş verəcək bütün partlayışların başlıca səbəbi korrupsiyadır:

“Korrupsioner məmurların idarə etdiyi hər bir sahə potensial partlayış mənbəyidir. Belə partlayışlar yalnız Mingəçevirdə, Gəncədə deyil, ölkənin bütün regionlarında və dövlətin mülkiyyətində olan hər bir sahədə gözləniləndir. Çünki, Azərbaycan həqiqətən də pis və korrupsionerlər tərəfindən idarə olunur. Korrupsiya Azərbaycanı içindən yeyib dağıdır, onun səsi uzun müddət çıxmasa da, nəticəsi bir gün böyük partlayışa gətirib çıxarır. Sonda da bütün Azərbaycan qaranlığa, susuzluğa, yolsuzluğa məhkum olur. Burda ən pisi odur ki, korrupsioner məmur yenə də cəzadan kənarda qalır. Çünki, korrupsiya Azərbaycanda sistem xarakter daşıyır və ölkədəki idarəetmə bunun üzərində qurulub. Korrupsiyaya nəzarət edən dövlət orqanları da korrupsiyalaşıb, ictimai nəzarət institutları sıradan çıxarılıb”.

Q. İbadoğlunun sözlərinə görə, nə qədər ki, korrupsiyaya qarşı mübarizədə siyasi iradə nümayiş etdirilmir, korrupsioner məmurlar cəzalandırılmır, Azərbaycanda partlayışlar davam edəcək:

“Nə qədər ki, dövlətin mülkiyyətində olan iri müəssisələr özəlləşdirilmir, partlayışlar yalnız enerji sistemində deyil, həm də digər sahələrdə müşahidə olunacaq.

Nə qədər ki, avtoritar rejim islahata getməyəcək, ali idarəetmədə qərarların qəbulu inhisarda saxlanılır, bu prosesdə iştirakçılıq imkanları məhdudlaşdırılır, Azərbaycan belə partlayışlardan sığortalanmayacaq.

Nə qədər ki, “ölkədə problem yoxdur, hər şey ideal vəziyyətdədir”,- təbliğatı aparılacaq, bir o qədər də maaşlar, pensiyalar artmayacaq, işsizlik, yoxsulluq daha da kütləviləşəcək və bu ölkədə bir gün baş verəcək sosial partlayışla çox şeyə sona qoyulacaq. Necə ki, Ben Alinin 22, Hüsnü Mübarəkin 30, Qəddafinin 42 illik hakimiyyəti dolana bilməyən insanların qəzəbi qarşısında geri çəkilməli oldu…

Odur ki, nə qədər gec deyil, korrupsiyaya qarşı müharibə elan olunmalı, bütün sahələrdə, ilk növbədə məhkəmə-hüquq sistemində islahatlara başlanılmalı, ictimai yalanlara son qoyulmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}