Türkiyə parlamentinə yeni sədr seçilib - Səsvermə
Tarix: 12-07-2018 21:48 | Bölmə: Siyasət
 Türkiyə parlamentinə yeni sədr seçilib

Bu gün Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

O, 3-cü tur seçkisində 335 deputatın səsini alaraq yeni postuna oturub.

Qeyd edək ki, Yıldırımın seçkidəki rəqibləri CHP-dən Erdoğan Toprak, HDP-dən Meral Danış Beştaş, İYİ-dən Hayrettin Nuhoğlu, Səadət Partiyasından isə Cihangir İslam olub.

MHP isə AKP ilə ittifaq sazişinə görə TBMM sədrliyinə namizəd irəli sürməyib və seçkidə Yıldırımı dəstəkləyiblər.

Açıqlanan son nəticəyə görə, Yıldırıma III turda 335, E. Topraka 135, Beştaşa 63, Nuhoğluna 40, İslama isə 5 deputat səs verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}