17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Nazir müavini İtaliya şirkətlərini əməkdaşlığa çağırıb
Tarix: 18-07-2018 17:11 | Bölmə: Siyasət
Nazir müavini İtaliya şirkətlərini əməkdaşlığa çağırıb

“İtaliya Azərbaycanın ixracında mühüm rol oynayan ölkədir. İtaliya Azərbaycanın ixracında birinci yerdədir".

Bunu energetika nazirinin müavini Samir Vəliyev bu gün keçirilən Azərbaycan-İtaliya işgüzar görüşündə bildirib. O, Azərbaycan təbii qazının Avropaya nəql edəcək boru kəmərinə toxunaraq bu yaxınlarda Türkiyədə TANAP boru kəmərinin açılışı olduğunu xatırladıb:

“Ümid edirəm ki, Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisi qrafikə uyğun gedəcək və Azərbaycan qazı Avropaya nəql ediləcək. Bununla da Azərbaycan Avropanın əsas enerji tədarükçüsü ölkələrindən biri olacaq”.

Nazir müavini bildirib ki, Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala malikdir: "Azərbaycan və İtaliya bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq edə bilər. Ölkədə külək enerjisi istehsalı potensialı 23 min KVt, günəş enerjisi istehsalı potensialı isə 3 min MVt təşkil edir".

Nazir müavini əlavə edib ki, İtaliya şirkətləri Azərbaycanda yeni generasiya güclərinin yaradılmasında iştirak edə bilər. O, İtaliya şirkətlərini bu sahədə əməkdaşlığa çağırıb.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi isə bildirib ki, bu gün İtaliya Azərbaycanın neftinin 99 faizini əldə edir: “Ancaq bununla belə İtaliya bərpa olunan enerji və “yaşıl enerji” sahəsində dünyada öndə gedən ölkələrdən biridir. Bu sahədə İtaliyada mövcud olan kiçik və orta müəssisələr Azərbaycana kömək edə bilər".(APA)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}