16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sədr müavininin şikayətini Avropa Məhkəməsi araşdıracaq
Tarix: 14-08-2018 22:14 | Bölmə: Siyasət
Sədr müavininin şikayətini Avropa Məhkəməsi araşdıracaq

Ali Məhkəmə 2017-ci ilin sonlarında Bakı Şəhər Təcili Yardım Stansiyasında işdən çıxarılmış Həsrət Rüstəmovun şikayətinə bu il avqustun 14-də rədd cavabı verib. Bu barədə H. Rüstəmov özü bildirib.

H. Rüstəmov həm də Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavinidir.

"Ali Məhkəməyə kassasiya şikayətimizdə aşağı məhkəmələrin qərarlarının qanunsuz olduğunu vurğulamışdıq. İşdən siyasi səbəblərlə çıxarılmağımla bağlı heç bir arqumentimiz nəzərə alınmayıb. Məhkəmələrin müstəqil araşdırma aparmaması, hətta prosesdə səsləndirilən arqument və faktlara əhəmiyyət verməməsi və nəhayət kopyalanmış qərarlar verməsi bir daha bu işin siyasi motivli olduğunu təsdiq etdi", - deyə həkim-siyasətçi bildirib.

Hüquqlarını sonadək müdafiə edəcəyini, özünə və ailəsinə dəyən maddi-mənəvi zərərləri bu məsuliyyətsiz idarəedənlərə ödətdirməyi düşündüyünü deyən H. Rüstəmov Aropa Məhkəməsinə şikayət edəcəyəyini bildirib.

Xatırladaq ki, H. Rüstəmov 2017-ci il oktyabrın 3-də müxalifətin mitinqində iştiraka görə, Səbail Rayon Polis İdarəsində sorğu-sual edilib, ardınca çalışdığı Bakı Şəhər Təcili Yardım Stansiyasında işdən çıxarılıb və H. Rüstəmov bunu siyasi sifariş hesab edir. Ancaq Bakı Şəhər Təcili Yardım Stansiyası H. Rüstəmovun siyasi sifarişlə işdən çıxarılması fikrini qəbul etmir, onun əmək intizamını pozduğunu iddia edib.(Turan)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}