14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Almaniya Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə hazırdır - Angela Merkel
Tarix: 24-08-2018 19:52 | Bölmə: Siyasət
Almaniya Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə hazırdır

"Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlverişli mühitin yaranmasına yardım göstərməyə hazırdır".

Ermənistan KİV-ləri xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür: "Biz görüşdə münaqişənin həllinin vacibliyindən danışdıq. Əlbəttə, münaqişəni həll etmək yaxşı olardı. Amma əlverişli mühitdə qərar vermək çox vacibdir. Almaniya da bu işdə kömək etməyə hazırdır".

A. Merkel bildirib ki, münaqişə danışıqlar yolu ilə həll edilməli və bunun üçün hər cür səy göstərilməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}