17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bakı V Beynəlxalq Qarabağ Forumu başlayır
Tarix: 28-08-2018 21:23 | Bölmə: Siyasət
Bakı V Beynəlxalq Qarabağ Forumu başlayır

Avqustun 30-da Bakıda Beşinci Beynəlxalq Qarabağ Forumu işinə başlayacaq. Foruma Azərbaycanla yanaşı Türkiyə, İran, Gürcüstan və Rusiyadan Qeyri-Hökumət Təşkilatları nümayəndələrinin qatılması nəzərdə tutulub.

Qarabağ Azadlıq Təşkilatından Reyting.az-a verilən məlumata görə, Beynəlxalq Forumun iştirakçıları Qarabağa dair aktual məsələləri, o cümlədən Qarabağ həqiqətlərinin təbliğində KİV-lərin effektivliyinin artırılması, həmçinin bir sıra təşkilati məsələləri müzakirə edəcək, qərarlar verəcəklər.

Forumun Azərbaycan təmsilçiliyinin rəhbəri, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, Qarabağ həqiqətlərinin sistemli şəkildə yayılması vacibdir və bu istiqamətdə Forum ciddi işlər görür.

Xatırladaq ki, Beynəlxalq Qarabağ Forumu 2015-ci ildə Bakıda təsis toplantısında yaradılıb, 2-ci toplantısı İzmirdə, 3-cü Gəncədə, 4-cü Ərdəbildə baş tutub.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}