10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Fuad Muradov Qarabağ Forumunun iştirakçıları ilə görüşüb
Tarix: 30-08-2018 18:24 | Bölmə: Siyasət
Fuad Muradov Qarabağ Forumunun  iştirakçıları ilə görüşüb

Beynəlxalq Qarabağ Forumunun Bakıda keçirilən toplantısının iştirakçılarından bir qrupu Diasporla İş üzrə Dövlət Komitəsində qəbul edilib.

Qarabağ Azadlıq Təşkilatından bildirilib ki, qonaqlarla əvvəlcə sədr müavini Valeh Hacıyev görüşüb. Valeh Hacıyev Forum iştirakçılarına Komitənin gördüyü işlərlə bağlı məlumat verib, onlara uğurlar arzulayıb.

Qonaqlardan Akif Nağı, Sabir Mehdiyev, Sultan Əzimzadə, Tofiq Rzayev, Cəfər Dal, Camal Barış və digərləri Forumun gördüyü işlərdən, müxtəlif ölkələrdəki problemlərdən danışıblar. Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı əsas istiqamətlər müəyyənləşdirilib.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Forum iştirakçılarını qəbul edib, işlərində uğurlar arzulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}