14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Putin: “Zaxarçenkonun öldürülməsi alçaq cinayətdir”
Tarix: 01-09-2018 00:42 | Bölmə: Siyasət
Putin: “Zaxarçenkonun öldürülməsi alçaq cinayətdir”

Rusiya lideri Vladimir Putin Dontesk separatçılarının lideri Aleksandr Zaxarçenkonun ölümü ilə bağlı onun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Rusiya prezidenti başsağlığında bu qətli törədənlərin layiqli cəzalarını alacaqlarını vurğulayıb:

“Aleksandr Vladimiroviç əsl xalq lideri, mülayim və qətiyyətli insan idi. O, Donbasın vətənpərvəri idi. Öz məmləkətinin çətin dövründə üzərinə böyük məsuliyyət götürdü və insanları ardınca apardı. Zaxarçenkonun öldürülməsi alçaq cinayətdir. Bu, bir daha onu təsdiq edir ki, terror, zorakılıq yolunu seçənlər münaqişənin sülh, siyasi həllini axtarmaq istəmirlər. Onlar vəziyyəti gərginləşdirməyə nail olmaq istəyirlər. Lakin onlarda bu alınmayacaq”.

Xatırladaq ki, A.Zaxarçenko Donetskdə “Separ” kafesində törədilən partlayış nəticəsində öldürülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}