Qarabağ Komitəsinin üzvləri cəbhə xəttini keçərək işğaldakı ərazilərə getmək istəyiblər – Aksiya
Tarix: 01-09-2018 18:41 | Bölmə: Siyasət
Qarabağ Komitəsinin üzvləri cəbhə xəttini keçərək işğaldakı ərazilərə  getmək istəyiblər

Qarabağ döyüşçüsü, hüquqşünas Camal Əhmədovun “Yurduma qayıdıram” təşəbbüsünün həyata keçirilməsinə imkan verilməyib.

Qarabağ Azadlıq Təşkilatının Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, bu gün “Yurduma qayıdıram” təşəbbüsünə qoşulan bir qrup insan, o cümlədən Pənah Hüseyn, Akif Nağı, Camal Əhmədov, Şaiq Süleymanov, Şirxan Əliyev və digərləri cəbhənin Ağdam istiqamətində cəbhə xəttini keçərək işğal olunmuş ərazilərə daxil olmağa cəhd göstəriblər. Toplanış üçün müəyyən edilmiş Təzəkənd, Təkçinar ərazisinə Pənah Hüseyn, Akif Nağı, Şaiq Süleymanov, Şirxan Əliyev çata bilsələr də, digərlərinə həmin əraziyə yaxınlaşmağa imkan verməyiblər. Təşəbbüsə dəstək verənlər Tərtər, Ağdam, Bərdə polis idarələrinə aparılıb, onlardan yazılı izahat alınıb və bir neçə saatdan sonra sərbəst buraxılıblar.

Qarabağ Komitəsinin üzvləri cəbhə xəttini keçərək işğaldakı ərazilərə  getmək istəyiblər

QAT sədri, Qarabağ Komitəsinin üzvü Akif Nağı bildirib ki, təşəbbüs işğal olunmuş ərazilərin azad edilməsi, yurda qayıdış ideyasının təbliği baxımından əhəmiyyətlidir və bundan sonra da bu cür təşəbbüslər davam etdiriləcəkdir.

Qarabağ Komitəsinin üzvləri cəbhə xəttini keçərək işğaldakı ərazilərə  getmək istəyiblər

Azərbaycan Respublikasının 2-ci baş naziri, Qarabağ Komitəsinin üzvü Pənah Hüseyn xüsusi olaraq vurğulayıb ki, “Yurda qayıdış” ideyası vacibdir, təkcə məcburi köçkünlər tərəfindən deyil, bütün Azərbaycan xalqı tərəfindən dəstəklənməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}