16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanın Avropaya inteqrasiyasında Xorvatiya mühüm vasitə ola bilər - Deputat
Tarix: 11-09-2018 10:35 | Bölmə: Siyasət
Azərbaycanın Avropaya inteqrasiyasında Xorvatiya mühüm vasitə ola bilər

"Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafına təkan verəcək".

Reyting.az
xəbər verir ki, bunu Publika.az-a millət vəkili, politoloq Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan-Xorvatiya münasibətləri uğurla inkişaf edir və tərəflər arasında çox fəal siyasi dialoq mövcuddur:

“Bu səfər iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər deməyə əsas verir ki, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Xorvatiya münasibətləri uğurla inkişaf edir və tərəflər arasında çox fəal siyasi dialoq mövcuddur.

Səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalandı və hər iki ölkənin əməkdaşlığı dərinləşdirmək niyyətində olduğu ifadə edildi. Azərbaycan ilə Xorvatiya arasında kənd təsərrüfatının inkişafı, informasiya texnologiyaları, gəmiqayırma, yeyinti məhsullarının emalı sahələrində də əlaqələrin dərinləşdirilməsi olduqca aktual olmaqla mühüm əhəmiyyətə malikdir.

Bundan başqa, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Azərbaycanın strateji tərəfdaşı olan Xorvatiya daim ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığını dəstəkləyir. Ümumiyyətlə, Azərbaycan Avropaya uğurla inteqrasiya edir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir. Bununla yanaşı, Avropanın digər iqtisadi institutlarına inteqrasiya Azərbaycan üçün olduqca vacibdir və bu, əsas etibarilə, qeyri-neft sektorunda daha aktualdır. Qərb dövlətlərinin artıq oturuşmuş iqtisadi münasibətləri və qəlibləşmiş standartları var, ona görə də keçmiş sovet sisteminə daxil olan ölkələrin Qərbə inteqrasiyasında iqtisadi maraqların və sistemlərin uzlaşdırılması tələb olunur. Bu prosesdə Şərqi Avropa ölkələri əhəmiyyətli təcrübə qazanmağa və müəyyən model əldə etməyə nail olublar. Bu baxımdan, Xorvatiya Qərb iqtisadi institutlarına ən uğurlu inteqrasiya etmiş dövlətlərdən biridir. Ona görə də Azərbaycanın Avropaya inteqrasiyası üçün Xorvatiya mühüm vasitə ola bilər. Cənubi Qafqazda isə Azərbaycan Xorvatiyanın ən mühüm tərəfdaşlarından biridir. Qarşılıqlı maraqlar bundan sonrakı mərhələdə də Xorvatiya-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirir və bu, hər iki ölkənin milli maraqları baxımından zəruridir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}