Gənclər Təşkilatına rəhbərlik digər şəxsə tapşırılıb - Dəyişiklik
Tarix: 15-09-2018 15:55 | Bölmə: Siyasət
Gənclər Təşkilatına rəhbərlik digər şəxsə tapşırılıb
Fuad Əliyev

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasın 100 illiyi və partiyanın 2019-cu il iyun ayına qədər fəaliyyət proqramı müzakirə olunub.

ALDP-nin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, Bakı azad olunan zaman həyatlarını itirmiş qəhrəman türk və Azərbaycan şəhidləri bir dəqiqəlik sükütla yad edilib.

ALDP sədri Fuad Əliyev Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyilə bağlı qısa məlumat verib:

“1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bu qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün 1130 şəhid verib”.

Sonra partiyanın yaranmasının 20 illiyi və yay mövsümündə keçirilən tədbirlərlə bağlı ALDP Gənclər Təşkilatının (GT) sədr müavini Ülvi Əfqanlı məlumat verib:

“Biz partiyanın yaranmasının 20 illiyi ilə bağlı nəzərdə tutulan tədbirləri keçirdik. Partiya üzvləri arasında “ALDP Kuboku” uğrunda nərd, futbol və şahmat yarışları keçirilib. Yarışlarda ALDP-nin bütün rayon təşkilatları da iştirak edib və qaliblər mükafatlandırılıb”.

Daha sonra ALDP GT sədri Murad Əliyev hərbi xidmətə getdiyinə görə sədrliyin müvəqqəti olaraq ALDP MNTK-nın sədri Vaqif Eyvazova həvalə olunması qərara alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}