16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
ABŞ-ın Cənubi Qafqazdakı böyük sirri açılır
Tarix: 16-09-2018 17:03 | Bölmə: Siyasət
ABŞ-ın Cənubi Qafqazdakı böyük sirri açılır

ABŞ-ın Cənubi Qafqazda və MDB məkanında gizli laboratoriyaları var.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə Gürcüstanın keçmiş Dövlət təhlükəsizliyi naziri İqor Giorqadze çıxış edib.

Sabiq nazir “Russia Today”a müsahibəsində ekspertləri Tbilisidəki Amerika laboratoriyasının fəaliyyəti ilə bağlı sənədləri öyrənməyə səsləyib.

Xatırladaq ki, İ. Giorqadze bundan öncə, 2011-ci ildə açılmış Luqar adına Mərkəzdə ABŞ-ın insanlar üzərində təcrübələr aparması və bakterioloji silahı sınaqdan keçirməsini sübuta yetirən sənədlər dərc etmişdi.

Giorqadze iddia edir ki, onun əlinə rəsmi olaraq müalicə məqsədləri üçün yaradılmış qurumun fəaliyyətini ifşa edən 100 min səhifəlik sənədlər toplusu keçib. Həmin sənədlərdə gün ərzində 24 nəfərin ölümü barədə məlumatlar da yer alır.

Məlumata görə, qadağan edilmiş silahlara patentlər tapılıb ki, bunların arasında bioloji aktiv materialın yerləşdirilə biləcəyi sursat da var. Bu səbəbdən də Giorqadze yaranmış vəziyyətə diqqət cəlb etməyə və beynəlxalq araşdırmanın aparılmasına çalışır.

Giorqadze bildirib ki, laboratoriya rəsmən 2011-ci ildə açılsa da, 2004-cü ildən qurulub. Onun açılışında Gürcüstan hakimiyyətinin nümayəndələri ilə yanaşı ABŞ-ın Müdafiə nazirinin müavini də iştirak edib.

Qeyd edək ki, adətən, belə laboratoriyalar Hərbi Təhlükənin İxtisarı üzrə Agentliyin (Defense Threat Reduction Agency, Kütləvi qırğın silahları ilə mübarizə üzrə ABŞ Müdafiə Nazirliyinin idarəsi) nəzarəti ilə qurulur. Bu isə Pentaqonun struktur bölməsidir.

Onu da qeyd edək ki, hələ xeyli müddət əvvəl həmin laboratoriyanın yaradılması, açılışı və fəaliyyəti ilə bağlı müxtəlif şayiələr dolaşır, yerli miqyasda araşdırmalar aparılırdı. Çünki bu, yaxınlıqda yaşayan insanlarda həyəcan hissi doğurmuşdu.

Bildirilir ki, gizli laboratoriya keçmiş Rusiya hərbi bazasının ərazisində – Tbilisidən 17 kilometr aralıda Alekseyevka adlanan kənddə yerləşir.

“Russia Today”ın 2013-cü ildə Riçard Luqar Mərkəzinin bağlanması və Gürcüstan hökumətinin tabeliyinə keçməsi ilə bağlı sualına cavabında Giorqadze “Bu məlumat o qədər də səhih deyil. Yeni hökumətin fəaliyyətə başlamasından sonra ilk addımlarından biri laboratoriyanın ABŞ-ın yurisdiksiyasından çıxarılaraq Gürcüstanın Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi olub”,-deyib. Buna səbəb kimi əhalinin narahatlığı göstərilir.

Keçmiş nazir qeyd edib ki, hazırda laboratoriyada çalışan 50 nəfərdən cəmi 6-sı ABŞ mütəxəssisidir, qalanları yerlilərdir.

“1990-cı illərdə analoji laboratoriya Rusiyada da fəaliyyət göstərib. Putinin hakimiyyətə gəlişindən dərhal sonra bağlanıb. O ki qaldı postsovet məkanına… Bu sirr deyil, açıq mənbələrdə də var. Belə laboratoriyalar Cənubi Qafqazda və MDB məkanında mövcuddur”,- Giorqadze deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}