Həsən Ruhani: “Donald Trampı Səddam Hüseynin taleyi gözləyir”
Tarix: 22-09-2018 14:39 | Bölmə: Siyasət
Həsən Ruhani: “Donald Trampı Səddam Hüseynin taleyi gözləyir”

ABŞ prezidenti Donald Tramp əgər İranla qarşıdurmanı davam etdirəcəksə, onu İraq diktatoru Səddam Hüseynin taleyi gözləyir.

Reyting.az
bildirir ki, “Reuters”in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bəyan edib.

Ruhani deyib ki, İran ABŞ-ın təzyiqi ilə raket proqramından imtina etməyəcək.
O, xatırladıb ki, 1980-1988-ci illərdə İraq-İraq müharibəsinin gedişində Bağdad iqtisadiyyatı da daxil olmaqla böyük itkilər verib.

“Tramp da eyni vəziyyətlə üzləşəcək, Səddam Hüseynin taleyini yaşayacaq”, - Ruhani əlavə edib.

ABŞ-ın dövlət katibi Mayk Pompeo isə bəyan edib ki, İran rəhbərliyinin dəyişdirilməsi prezident Donald Tramp administrasiyasının məqsədi deyil.

O qeyd edib ki, əgər İran ABŞ-ın bəzi tələblərini yerinə yetirərsə, onda ölkəsinin hakimiyyəti İran rəhbərlyi ilə əməkdaşlığa hazırdır.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}