Qarabağ kimindir - Putin həll edəcək?
Tarix: 23-09-2018 19:45 | Bölmə: Siyasət
Qarabağ kimindir - Putin həll edəcək?

Rusiya prezidenti sentyabrın 1-də Soçidə Azərbaycanın lideri İlham Əliyevi qəbul edib, bir həftə sonra Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Düşünmək olar ki, Vladimir Putinin İlham Əliyevlə görüşü daha məhsuldar və konstruktiv olub – tərəflər müxtəlif sahələr üzrə 10-dan çox razılaşmanı imzalayıb. Ümumiyyətlə, Rusiya-Azərbaycan münasibətləri indi bir növ intibah dövrünü yaşayır.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya mediasında yazılıb. Müəllif İrina Corbenadzenin fikrincə, Ermənistanla bağlı vəziyyət fərqlidir. Buna səbəb indi Putinə və Rusiyaya mədhiyyə oxuyan parlamentin deputatı Nikol Paşinyanın inqilab yolu ilə hakimiyyətə gəlməsi, lakin onun Qərb yönümlü hökumət formalaşdırmasıdır. Bu yalnız Kremli yox, inqilabı alqışlayan Ermənistan əhalisinin də əhəmiyyətli hissəsini narahat edir. Paşinyanın davranışları və onun diplomatiya ilə üst-üstə düşməyən çıxışları ermənilər üçün ən azı 4 vacib məsələnin həllini şübhə altrında qoyub. Bunlar respublikanın güzəştli şərtlərlə müasir Rusiya silahları ilə təchizatı; Azərbaycanla müharibə başlayacağı təqdirdə Rusiyanın yardımı və müdafiəsi; Qarabağ münaqişəsinin Bakının xeyrinə nizamlanmaması; keçmiş yüksək vəzifəlilərə və onların ətrafındakılara qarşı repressiyanın başladılması və təqib olunmalarıdır.

Rusiyanın rəsmi mənbələri Putin və Paşinyan görüşü barədə demək olar ki, heç nə danışmadılar. Moskvaya sonuncu səfər ərəfəsi Rusiya prezidentinin köməkçisi Yuri Uşakov xəbər verib ki, iki ölkə arasındakı münasibətlərdə çoxlu məsələlər yığılıb qalıb və Kremldə Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xətti ilə ikitərəfli əməkdaşlıqla bağlı “açıq, ciddi söhbət” gözlənilirdi. Gözlədilərmi? Çətin ki: Putin sentyabrın 25-də Bakıya uçur, oradan Yerevana gedəcək. Görünür, nə barədəsə razılaşıblar, yaxud razılaşmayıblar və bunu təcili etmək lazımdır.

Yeri gəlmişkən, Paşinyanın Rusiya prezidenti ilə görüşündən sonra KİV-ə açıqlamalarından belə nəticə çıxarmaq olurdu ki, Moskva və Yerevanın münasibətləri Ermənistanın baş nazirinin rəyinə görə “parlaqdır”.

Digər məsələ - Əliyev və Azərbaycanla bağlıdır. Ekspertlər, siyasətçilər, KİV iddia edir ki, Rusiya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq görünməmiş miqyas alıb: bu və iki ölkənin liderlərinin tez-tez fərdi danışıqları, Bakıya Rusiyanın yeni silahlarının çatdırılması sahəsində çoxsaylı müqavilələr, energetika, nəqliyyat, təhlükəsizlik sahəsində sıx qarşılıqlı əlaqələr, Xəzər dənizinin statusu üzrə Konvensiyanın imzalanması və digər məsələlər.

Qarabağ kimindir - Putin həll edəcək?

Ekspert dairələrində artıq bu fikir klişe olub ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən real və etibarlı müttəfiqinə çevrilib. Moskva, nəhayət Qarabağ münaqişəsinə son qoyacaq. Aydındır ki, bu mövzu Putin və Əliyev arasında, eləcə də Paşinyanla vaxtaşırı müzakirə olunur. Bu müzakirə Cənubi Qafqazın təhlükəsizliyi kontekstində aparılır.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Ermənistanda hakimiyyət dəyişikliyindən sonra xeyli ləngiyib. Müəllifin fikrincə, ölkənin keçmiş rəhbəri Serj Sərkisyan Paşinyanla müqayisədə daha üzüyola idi (onun vaxtında münaqişənin mərhələli nizamlanmasına ümidlər var idi), “xalqın baş naziri”nin isə nə siyasi, nə də diplomatik təcrübəsi yoxdur. Bu səbəbdən Paşinyanın Putinlə görüşdən sonra Qarabağ kontekstində nə danışdığını xatırlatmaq lazımdır. Məsələn, Paşinyan deyir ki, Azərbaycanın işğal olunmuş yeddi rayonu hətta Ermənistanın özünün də tanımadığı “Dağlıq Qarabağ Respublikası”nın “konstitusiyasına” görə qondarma respublikanın ərazisidir.

Onun sözlərinə görə, nizamlanma kompromissiz mümkün deyil, ancaq Yerevanı Bakı hər gün müharibə ilə hədələdiyindən və ümumiyyətlə, bütün Ermənistanı Azərbaycan ərazisi hesab etdiyindən bu şərtlərin müzakirəsindən imtina edir.

Paşinyan onu da bəyan edib ki, onun ölkəsi “Qarabağ ətrafında istənilən təxribata” sarsıdıcı zərbə vurmağa hazırdır. Bu zaman tələb edir ki, nizamlanma ilə bağlı danışıqlar prosesində Xankəndi də iştirak etsin, Azərbaycan isə bunu tamamilə rədd edir.

Müəllifin yazdığına görə, Putin Paşinyanın davakarlığını yumşalda bilməyib və onun bu mövqeyi təkcə Azərbaycana münasibətlə yekunlaşmır. Məlumdur ki, Moskva Ermənistanın keçmiş prezidentlərinə qarşı cinayət təqibindən çox narazıdır. Ehtimal ki, Paşinyana bu narazılıq çatdırılıb, Robert Köçəryan və Serj Sərkisyanın siyasi meyit olmalarına baxmayaraq, lakin o, israr edir ki, onlar qanun qarşısında cavab verməlidirlər. Paşinyan “bu siyasi meyitlər”in siyasi təsirindən qorxmur və onların inqilabdan sonra növbədənkənar parlament seçkilərinin keçiriləməsinə müdaxilələrini mümkünsüz sayır? “Bu siyasi vəziyyətdən asılı olacaq”, - Paşinyanın bu məsələyə münasibəti belədir.

“Bizim görüşün nəticələri ilə bağlı Rusiya-Ermənistan münasibətlərindən danışanda demək istəyirəm ki, o, çox yüksək, ən yüksək səviyyədədir. Bizim münasibətlərdə heç bir problem yoxdur”, - Paşinyan belə düşünür.

Bununla belə, Paşinyan Rusiyaya anlatmaq istəyir ki, Ermənistanın daxili işlərinə qarışmamalıdır, lakin silah göndərilməsini, təbii ki, güzəştli şərtlərlə genişləndirib.

Amma onu da düşünmək lazımdır ki, Putin Paşinyanla görüşdən dərhal sonra inqilabçı baş nazirin Ermənistanın “daxili işlərinə” qarışmamaq niyyəti ilə Yerevana uçmadı, halbuki bu ölkəni Rusiya sərhədçiləri qoruyur və o ölkədən silah və öz şərtləri ilə təbii qaz alır.

Putini bu dəfə Yerevanda “yadlar” qarşılayacaq – Paşinyanın hökuməti demək olar tamamilə Qərbin qeyri-hökumət təşkilatları və fondlarının “yetirmələri” ilə komplektləşdirilib. Erməni “meydanında” söhbət necə olacaq – proqnozlaşdırmaq çətindir. Lakin böyük əminliklə ehtimal etmək olar ki, əgər Putinin Paşinyandan gözlədiyi Qarabağ problematikası üzrə güzəştlər ağlabatan olmasa, Kremlin, Rusiya biznesinin tərəfdaşları sayılan siyasətçilərin təqibinə xitam verilməzsə, Rusiya-Ermənistan müttəfiqlik münasibətləri dondurula bilər. Bu o zamana qədər davam edəcək ki, hələ ki bütövlükdə Rusiyadan asılı olan Ermənistanın strateji tərəfdaşlığının əbədi dostluq andları ilə bəyan etməsi azdır, real işlər görməsi lazımdır.

Müəllif düşünür ki, Moskva əks halda Ermənistanı Qarabağ və Azərbaycanla şantaj edə bilər: sonuncu qəti surətdə Yerevana qarşı siyasi qəzəbindən istifadə edəcək.

Bir sözlə, düşünmək olar ki, Putin Yerevana xarixi və daxili siyasətdəki xaosu dayandırmaq məqsədilə uçur. Putin Paşinyanın davranışlarını regionun təhlükəsizlik maraqlarına təhdid kimi qəbul edir və Rusiyanın bu regiona ciddi təsiri olduğunu Ermənistanın baş nazirinə açıq-aşkar anlatmağa çalışacaq.

Azərbaycana səfərə qədər Putinin Əliyevlə görüşü isə onun sübutudur ki, bu respublika İran ətrafında, Suriyada və ümumilikdə Yaxın Şərqdə baş verən prosesləri nəzərə aldıqda, Qarabağ problemində böyük təsiri olan Rusiya üçün regional təhlükəsizliyin modernləşdirilməsi sistemində ciddi iştirakçıdır.

Görünür ki, indi maraqlı tərəflər Cənubi Qafqazda və Yaxın Şərqdə münaqişələrin qarşısının alınması sistemini qurmağa çalışır. Putinin Ərdoğan və Əliyevlə bununla bağlı tez-tez görüşməsi, Türkiyə prezidentinin Azərbaycanın lideri ilə daimi əlaqələri, Rusiya, İran, Azərbaycan prezidentlərinin bir araya gəlməsi göstərir ki, digər birgə tədbirlər də planlaşdırılır.

Rusiyanın “dəstək bazasının” genişləndirilməsi məsələsində Azərbaycana istinad etməsi Ermənistanı bərk qıcıqlandırır. Amma Bakı özünü məntiqə uyğun olaraq aparır və bu məsələdə öz suverenliyini qurban vermədən Rusiyanın maraqlarına ziyan vurmur. Yerevan isə əksinə fəaliyyət göstərir. Ona görə Putinin Ermənistana səfərinin “məhsuldar” olacağını gözləmək olmaz.

Azərbaycanda isə geniş coğrafi əhatə dairəsində strateji əməkdaşlıq prinsiplərinin təsdiqi, həmçinin energetika, nəqliyyat, hərbi-texniki və humanitar sahədə, Xəzərdə qarşılıqlı fəaliyyət üçün geniş coğrafi əhatə dairəsi imkanların olması gözlənilir.

Və təbii ki, Qarabağ. Putin Azərbaycan və Ermənistana hər iki respublikada genişmiqyaslı hərbi təlimlər başa çatandan sonra gələcək.

Azərbaycan ordusu düşmənin bir neçə istiqamətdə müdafiə və ön mövqelərdə Ermənistanın işğal altındakı hərbi birləşmələrinin darmadağın edilməsi, tanklar vasitəsilə yarılıb keçilməsinin ssenarisi üzərində çalışır.

Ermənistan ordusu isə müharibə elan ediləcəyi zaman həyata keçirəcəyi əməliyyatları sınaqdan keçirir.

Bu əməliyyatlar rəmzi xarakter daşıyır. Ona görə də kimin qalib gələcəyinə, yəqin ki, Putin qərar verəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}