07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
“Bakının başçısı seçki yolu ilə müəyyən olunsun!”
Tarix: 24-09-2018 14:45 | Bölmə: Siyasət
“Bakının başçısı seçki yolu ilə müəyyən olunsun!”

Bakı şəhər icra hakimiyyəti başçısının seçki vasitəsi ilə müəyyən olunması təklif edilir. Bu fikirlər müxalifətyönlü Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Sədr Aparatının iclasında səsləndirilib.

Partiyadan Reyting.az-a verilən məlumata görə, toplantı iştrakçıları sentyabrın 23-də Bakı şəhərində yağışdan sonra yaranan vəziyyəti müzakirə edərkən, Bakı şəhərinə başçının təyinatla deyil, mer seçkiləri vasitəsilə reallaşmasının vacib olduğunu bildiriblər.

Diqqətə çatdırılıb ki, Bakı şəhər başçısının seçki yolu ilə seçilməsi təkçə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklə bağlı deyil. “Seçki ona görə keçirilməlidir ki, Bakı şəhər meriyasının öz büdcəsi, özünün icra strukturları olmalı, Bakı şəhər bələdiyyəsi yaradılmalıdır. Bu icra strukturları hansısa nazirliyə deyil, ancaq Bakı merinə tabe olmalıdırlar. Görülən işlər vahid mərkəzdən idarə olunmalıdır. Seçkilər keçirilsə və yuxarıda qeyd etdiyim məsələlər həyata keçsə, onda Bakı şəhərinin infrastukturunun yenidən və düzgün qurulmasına nail olmaq mümkündür”, - ALDP sədrinin müşaviri Füzuli Kərimov deyib.

Toplantı iştrakçıları Bakı şəhərinə mer seçkilərinin gələn il bələdiyyə seçkiləri ilə eyni gündə keçirilməsilə bağlı təkliflərin hazırlanaraq dövlət strukturlara göndərilməsini qərara alıblar.

Sonda ALDP-nın 20 illiyinin keçirilməsi ilə bağlı bəzi təşkilati məsələlər də müzakirə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}