11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Əli Kərimlinin müşavirinə qarşı yeni ittiham irəli sürülüb - Qərar
Tarix: 29-09-2018 13:38 | Bölmə: Slayd
Əli Kərimlinin müşavirinə qarşı yeni ittiham irəli sürülüb

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin barəsində daha bir cinayət işi başlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M. İbrahimin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

16 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkən M. İbrahim Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, M. İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub.

Əli Kərimlinin müşavirinə qarşı yeni ittiham irəli sürülüb
Məmməd İbrahim

Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisədən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı M. İbrahim onları da vurub. Bundan sonra M. İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsinə tövsif olunub.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M. İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}