14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ərdoğan Merkeli Gülənin tərəfdarlarını ekstradasiya etməyə çağırdı
Tarix: 29-09-2018 15:20 | Bölmə: Slayd
 Ərdoğan Merkeli Gülənin tərəfdarlarını ekstradasiya etməyə çağırdı

Almaniya Fəthullah Gülənin ardıcıllarını terrorçular kimi tanımalıdır.

Reyting.az
bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın kansleri Angela Merkellıə Berlindəki görüşündə söyləyib.

Ərdoğan Almaniyanı 2016-cı ildə dövlət çevrilişinə cəhddə günahlandırılan Gülənin tərəfdarlarını təhvil verməyə çağırıb.

Angela Merkel mətbuat konfransında qeyd edib ki, Almaniyaya bu iş üzrə əlavə sübutlar lazımdır.

O, eyni zamanda Türkiyəni bu ölkənin həbsxanalarındakı Almaniya vətəndaşlarının məsələsinin tezliklə həll edilməsinə çağırıb.

“Mən təkid edirəm və təkid edəcəyəm ki, bu məsələ mümkün olduqca tez həll edilsin”, - Merkel vurğulayıb.
Qeyd edək ki, Türkiyə prezidenti Almaniyaya üçgünlük dövlət səfərinə gedib. O, 2016-cı il dövlət çevrilişinə cəhddən sonra Berlinlə pozulan münasibətləri yaxşılaşdırmaq niyyətindədir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}