BMT-də son sessiya: gərginləşən dünya savaşa doğru gedir
Tarix: 30-09-2018 23:27 | Bölmə: Slayd
BMT-də son sessiya: gərginləşən dünya savaşa doğru gedir

Bir neçə gün idi dünyanın gözü BMT Baş Assambleyasının 73-cü sessiyasına və oradakı çıxışlara yönəlmişdi. Çünki budəfəki sessiyada gərginləşmiş dünyada "yumşalma"nı gözləyənlərlə yanaşı, həm Yaxın Şərq, həm də Azərbaycanın qonşusu İranla bağlı vəziyyətin hansı məcraya yönələcəyi diqqət cəlb edirdi.

Reyting.az-ın məlumatına görə, gözlənilənlərin əksinə olaraq, bu sessiya çərçivəsində ABŞ prezidenti və ya rəsmiləri ilə İran tərəfinin görüşü baş tutmayıb. Tam əksinə, tərəflər bir-birlərini elə BMT tribunasından hədələyiblər. Bu isə o deməkdir ki, yaşadığımız çoğrafiyada gərginlik davam edəcək.

BMT-də son sessiya: gərginləşən dünya savaşa doğru gedir

Bütün bunlarla bərabər, Trampın dünya neft ölkələrini, eləcə də OPEC-i qiyməti bahalaşdırmaqda ittiham etməsi və neftin qiymətinin dərhal endirilməsini tələb etməsi, əlbəttə, bir neft ölkəsi olaraq Azərbaycanı da narahat etməyə bilməz.

Bu və ya digər məqamları nəzərə alaraq, Tramp və üz-üzə dayanan dövlət başçılarının BMT-dəki çıxışlarından xülasələri təqdim edirik:

Trampın İrana qarşı ittihamları...

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışında Suriya, Yəmən, hətta Fələstin probleminə toxunmala, ən geniş yeri sözsüz ki, yenə İrana ayırdı.

BMT-də son sessiya: gərginləşən dünya savaşa doğru gedir

Reyting.az-ın xəbərinə görə, Tramp Suriyada İŞİD-in bitmək üzrə olduğunu bildirib. Əlavə edib ki, radikal islam terrorçularına qarşı fəaliyyətlərini davam etdirəcəklər:

“Ötən il Səudiyyə Ərəbistanına səfərimdən sonra Körfəz ölkələri bizimlə daha yaxından işləməyə başladı. Yəməndəki təhlükəli, qorxunc daxili savaşın sona çatması üçün onlar da əllərindən gələni edirlər. Əlbəttə, son qərarı vermək bölgə ölklərinin işidir. Bu bölgələrdə İoardaniya və Misirlə də ittifaq qurub, qana susamış İŞİD-i bitirmək üzrəyik. Biz bütün radikal islamaçı terrorçuların fəaliyyətini əngəlləcəyik”.

Tramp Suriyadakı vəziyyətə də toxunub və bu ölkədə davam edən daxili savaşdan narahat olduqlarını deyib:

“İlk işimiz bu döyüşlərin dayandırılmasına nail olmaqdır. Ancaq əgər Əsəd rejimi yenidən kimyəvi silaha əl atarsa, o zaman ABŞ hərəkətə geçəcək".

Tramp İranda diktaturanın hökm sürdüyünü də bəyan edib. Deyib ki, bu ölkə qonşularına hörmət etməlidir:

“İran özünü zənginləşdirmək üçün bütün qaynaqları yağmalayır. İranın büdcəsindən oğurlanan milyonlarla dollar var. Dindən istifadə edərək, insanları savaşa təşviq etmək yaxşı bir şey deyil. Bu ölkənin genişlənmə planı var. Ona görə mən nüvə anlaşmasından çıxdım və bu, Yaxın Şərq ölkələri tərəfindən də dəstəkləndi.

Bildiyiniz kimi, İranla nüvə anlaşması 2015-də imzalanmışdı. Bu anlaşmadan sonra İranın hərbi büdcəsi 40 faiz artdı və nəticədə Suriya və Yəməndə xaos böyüdü. ABŞ buna görə sanksiyaya əl atdıq. Bununla bu ölkənin qanlı gündəminin qarşısına keçməyi planlaşadırırıq.

Biz heç bir ölkənin terroru maliyyələşdirməsinə izn verməyəcəyik. Hansı ki, İran nüvə sazişindən sonra yaranmış vəziyyətdən istifadə edib, terroru dəstəkləməylə cəhd etdi və buna görə indiki durumla üzləşib.

Biz bütün ölkələri İranı dünyadan təcrid etməyə çağırırıq. Çünki İrandakı diktator rejim Suriyada ölüm və yıxımı dəstəkləyir…”.

ABŞ Avropa, Rusiya və İrana barmaq silkələyir

BMT-də son sessiya: gərginləşən dünya savaşa doğru gedir

Tramp eyni zamanda, İranla əməkdaşlığı davam etdirmək niyyətini hər addımda bəyan edən Avropa ölkələrini də hədələməyi unutmayıb. O deyib ki, əgər Almaniya tutduğu kursu dərhal dəyişməzsə, “Şimal Axını” kəmərinin tikintisi ilə enerji məsələsində tamamilə Rusiyadan asılı olacaq.

Tramp qeyd edib ki, İran liderləri xaos, ölüm və dağıntı toxumu səpir və noyabrın 5-dən sonra Tehranın üzərinə daha çox sanksiyalar bərpa olunacaq.

ABŞ prezidenti bütün ölkələri İran hökuməti Yaxın Şərqdə və ondan kənarda təcavüzkar hərəkətlərini davam etdirdkcə Tehranı təcrid etməyə çağırıb: "Biz yol verə bilmərik ki, "Amerikaya ölüm!” şüarı qışqıran və İsraili məhv edilməklə hədələyən ölkə nüvə başlığını dünyanın bütün nöqtələrinə daşıya bilən vasitəyə sahiblənsin. Biz buna sadəcə, yol verə bilmərik. Biz bütün ölkələri İran öz təcavüzünü davam etdirdikcə onu təcrid etməyə, İran xalqının öz dini və layiqli taleyinə sahib olmaq mübarizəsini dəstəkləməyə çağırırıq”.

Tramp Polşanın özünü Rusiyanın enerji asılılığından müstəqil etməyə çalışmasını təqdir edib. Bildirib ki, Baltik dənizinin dibi ilə çəkiləcək “Şimal Axını-2” kəməri Almaniyanı bütünlüklə Rusiyanın enerji asılılığına salacaq.

OPEC-dən tələb və bahalaşan neft


BMT-də son sessiya: gərginləşən dünya savaşa doğru gedir

Tramp çıxışında neft ixrac edən ölkələrin təşkilatını – OPEC-i də tənqid hədəfinə çevirib. O, OPEC ölkələrini neftin qiymətini qaldırmaqla dünyanı soymaqda ittiham edib.

Yada salaq ki, Tramp BMT-dəki çıxışından bir gün əvvəl sosial şəbəkə vasitəsi ilə OPEC üzvlərini açıq mətnlə hədələmişdi. O bildirmişdi ki, bu dövlətlərin çoxunu ABŞ müdafiə edib, onları "ayağa" qaldırıb: "Ancaq bunlar süni şəkildə neftin qiymətini qaldırır. Bu isə bizim xoşumuza gəlmir. Neftin qiymətinin belə baha olması bəyənilə bilməz. Qiymətlər dərhal ucuzlaşdırılmalıdır".

Ancaq diqqətçəkən məqam budur ki, Trampın hədəsindən bir neçə saat sonra neftin qiyməti 80 dollarlıq psixoloji həddi aşaraq, 83 dollara çatıb.


Prezident Britaniya-Rusiya gərginliyindən yayınır


Tramp əlavə edib ki, Birləşmiş Ştatlardan hərbi dəstək alan ölkələr öz müdafiə xərcləri paylarını ödəməyə başlamalıdırlar. Tramp bunu da bildirib ki, dövlət katibi Mayk Pompeo ABŞ-ın xarici yardımlarını yenidən dəyərləndirmək təşəbbüsü ilə məşğuldur: "Biz xarici yardımı yalnız bizə hörmət edənlərə, açıq desəm, yalnız dostlarımıza göstərəcəyik”.

Bu çıxışdan əvvəl ABŞ-ın BMT-dəki səfiri Nikki Haley Trampın keçmiş Rusiya casusunun kimyəvi maddə ilə zəhərlənməsindən danışacağını desə də, prezident bu məsələyə toxunmayıb. O, əvəzində Şimali Koreya lideri Kim Çen Inı onun ümidverci səylərinə görə tərifləyib. Bununla belə, o, əlavə edib ki, Koreya yarımadasının tam nüvəsizləşdirilməsi üçün çox iş görülməlidir və bu proses başa çatanadək Pxenyan üzərindəki sanksiyalar qüvvədə qalacaq.

ABŞ-la üz-üzə dayanan dövlətlər nə düşünür?

BMT-də son sessiya: gərginləşən dünya savaşa doğru gedir

Tramp Baş Assambleyadakı çıxışını başa vurandan az sonra NATO üzvü olan iki ölkə - Türkiyə və Fransa ABŞ prezidentinin İran hökumətini təcrid etmək çağırışını qəti şəkildə tənqid ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib: "Bizim heç birimiz ticarət sazişlərinin təkbaşına ləğvi, proteksionizimin yayılması, iqtisadi sanksiyalardan silah kimi istifadə edilməsi qarşısında susa bilmərik”.

Fransa prezidenri Emmanuel Makron Baş Assambleyada etdiyi çıxışda Trampın daha sərt sanksiyalar barədə qeydlərinə ehyamla deyib ki, İranla dialoq və çoxtərəfli münasibətlərə ehtiyac var.

BMT-də son sessiya: gərginləşən dünya savaşa doğru gedir

Makron qeyd edib ki, İranla bağlı vəziyyətə nə güclünün qanunu, nə də kənardan təzyiq kömək etməyib: "Biz bilirik ki, İran hərbi nüvə çığırında idi. Bəs onu nə dayandırdı? 2015-ci ilin nüvə sazişi! Bu gün biz regional gərginlikləri artırmalı deyilik və əslində İranla bağlı nüvə, ballistik, regional natahatlıqları dialoq və çoxtərəflilik prinsipləri əsasında daha geniş gündəlikdə cavablandırmalıyıq”.

Xatırladaq ki, BMT Baş Assambleyasında Trampdan əvvəl çıxış edən Baş katib Antonio Guterres demişdi ki, dünya etimad çatışmazlığından çox iztirab çəkir.

"Ölkələrin daxilində insanlar siyasi hakimiyyətlərə inamlarını itirirlər. Qütbləşmə yüksəlişdə və populizm yürüşdədir. Ölkələr arasında əməkdaşlıq daha az müəyyəndir, daha çətindir və bizim Təhlükəsizlik Şuramızda parçalanma çox güclüdür”.

BMT-də son sessiya: gərginləşən dünya savaşa doğru gedir

Guterres dünya ölkələrini təkbaşınalığa qarşı çıxmağa və beynəlxalq əməkdaşlığı canlandırmağa çağırıb. Baş katib habelə ziyanlı kiberfəza hərəkətlərini və süni zəkanın hərbiləşdirilməsini tənqid edib.

O deyib ki, demokratik prinsiplər hücum altındadır və qanunun aliliyi sarsıdılıb.

Ruhani Trampın qarşısına şərt qoyub

BMT-də son sessiya: gərginləşən dünya savaşa doğru gedir

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ABŞ-ın onun ölkəsinə qarşı sanksiyalarının sərtləşdirilməsini bir növ iqtisadi terror adlandırıb. O, habelə ABŞ administrasiyasını İran hökumətini devirmək istəməkdə ittiham edib.

Ruhani BMT tribunasından bildirib ki, ABŞ gec-tez masa arxasında oturmağa məcbur olacaq. Onun sözlərinə görə, Amerika apardığı hazırkı siyasətlə özünü dünyadan təcrid edir: “ABŞ nüvə sazişindən çıxmaqla böyük səhvə yol verdi. Bu səhvin yarısından dönmək də onların öz işidir. Amma hamı bilməlidir ki, ABŞ yenidən danışıqlara dönərsə, tərəflərin hamısını razı salacaq yeni şərtlər olacaq”.

İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif isə BMT-dəki görüşündə ABŞ-ı dialoqdan qaçmaqda ittiham edib: "BMT Baş Məclisinin sessiyası zamanı ABŞ İranla açıq dialoqdan qaçdı. İran özünə hörmət edən və maraqlarını müdafiə edə bilən tərəfdaşları ilə yeni bir ictimai reallıq yaradacaq. Biz ABŞ-ın qeyri-qanuni sanksiyalarına qarşı birgə mübarizə aparcağıq”.

Göründüyü kimi, liderlərin çıxış və tələblərindən aydın görünür ki, artıq dünyada bir-birinin sözünü eşitməyən bir neçə qütbləşmə yaranıb və hər kəs də öz çevrəsində özünü hakimi-mütləq sayaraq, öz “mahnısına” oynatmağa çalışır. Əlbəttə, bu, dünyada qəbul olunmuş beynəlxalq qanun və prinsiplərin də arxa plana keçməsini gücləndirib. Başqa sözlə, artıq dünyada hər kəsin öz tərəzisi ilə axtardığı ƏDALƏT beynəlxalq prinsiplər əsasında diplomatiya və qanunlarla deyil, GÜC -MÜHARİBƏ yolunda aranır...

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}