Ramil Usubov kadr dəyişikliyi edib - Təyinat
Tarix: 05-10-2018 07:15 | Bölmə: Slayd
Ramil Usubov kadr dəyişikliyi edib

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Qusar rayon Polis Şöbəsinin rəisi Zaur Bədəlov vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, nazirin digər əmri ilə Zaur Bədəlov Naftalan Polis Şöbəsinə rəis göndərilib.

Qeyd edək ki, Z. Bədəlov bundan öncə Səbail RPİ-nin 41-ci PB-nin rəisi işləyib. O, 2016-cı ilin avqustunda Qusar RPŞ-nə rəis göndərilib.

Maraqlıdır ki, Naftalan şəhər PŞ-nin hazırda sərəncama götürülən rəisi Ziya Əliyev də bundan öncə Qusar RPŞ-nin bölmə rəisi işləyib. O, 2016-cı ilin sentyabrında Naftalan ŞPŞ-nə rəis təyin edilmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}