Bu gün müqəddəs peşə sahiblərinin günüdür
Tarix: 05-10-2018 09:10 | Bölmə: Slayd
Bu gün müqəddəs peşə sahiblərinin günüdür

Bu gün Beynəlxalq Müəllimlər günüdür. 5 oktyabr Beynəlxalq Müəllimlər gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il il YUNESKO verib. Həmin vaxt bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib.

İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllimlərin peşə bayramı günü kimi qeyd olunur.

Hazırda Azərbaycanda 150 mindən çox orta məktəb müəllimi fəaliyyət göstərir.

Ümumilikdə ali təhsil, orta ixtisas, peşə təhsili və s. sahələrdə çalışan müəllimlərin sayı 170 mindən çoxdur.

Xatırladaq ki, Azərbaycanda Müəllimlər Günü 1993-cü ildən qeyd olunur.

Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir.

Müəllimin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı vətəndaş və şəxsiyyət yetişdirməkdir.

Əziz müəllimlər, bayramınız mübarək!

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}