11:18 / 10-12-2018
Lerikdə zəlzələ olub
17:26 / 09-12-2018
Messi təyyarə aldı - Fotolar
23:15 / 08-12-2018
50-dən artıq startap...
20:10 / 08-12-2018
Parisdə barrikadalar qurulur
Nazirliklə Gömrük Komitəsi arasında gərginlik yaranıb
Tarix: 05-10-2018 15:31 | Bölmə: Slayd
Nazirliklə Gömrük Komitəsi arasında gərginlik yaranıb

Xarici İşlər Nazirliyinin bir qrup diplomat əməkdaşı ilə Dövlət Gömrük Komitəsi arasında gərginlik yaşanır.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, buna səbəb xarici ölkədə uzunmüddətli (4-5 il) ezamiyyətdə olmuş, diplomat statusu olan əməkdaşların xaricdən gətirdikləri şəxsi avtomobillərinin bir aydan çoxdur ki qeydiyyatdan keçirilməməsidir.

Mənbənin verdiyi məlumata görə, Azərbaycan Respublikasının da qoşulduğu Vyana Konvensiyasına əsasən, xaricdə uzun müddət ezamiyyətdə olmuş diplomatın şəxsi minik avtomobilindən gömrük rüsumu tutulmur. Bu, indiyədək belə olub və heç bir problem yaşanmayıb. Avqust-sentyabr aylarında Azərbaycan sərhədini keçmiş 10-a yaxın XİN əməkdaşının avtomobilləri bir aydan çoxdur ki Gömrük Komitəsinin ödənişli dayanacağında yerləşdirilib. Gömrük Komitəsi faktiki olaraq maşınları gömrükdən keçirməkdən imtina edir. Komitədə çox vaxt əməkdaşların sorğularına cavab verilmir, veriləndə də məsələnin yalnız sədrin qərarından asılı olduğu bildirilir.

Yaranmış gərgin situasiyanı qanunun, hüquqların kobud şəkildə pozulması və DGK-nın nazirliyə hörmətsiz yanaşması kimi qiymətləndirən XİN əməkdaşları dövlət başçısına qanunsuzluq haqqında kollektiv şikayət etməyə hazırlaşırlar. O da qeyd olunur ki, Gömrük Komitəsinin ödənişli dayanacağına gündəlik olaraq 10 manat pul ödənilsə də, qəbz verilmir.

Ezamiyyət müddətini başa vurub vətənə dönməyə hazırlaşan başqa diplomatlar da mövcud situasiyadan xəbərdardırlar, çaşqın vəziyyətdə qalıblar və avtomobilləri ilə Azərbaycan sərhədini keçib-keçməməyi düşünürlər. Nazirliyin rəhbərliyi problem barədə məlumatlandırılsa da, hələlik konkret reaksiya yoxdur.

Məsələ ilə bağlı hər iki qurumun mövqeyini öyrənmək mümkün olmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər