16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Lukaşenko oğlanlarını kəmərlə döyməsindən danışıb
Tarix: 05-10-2018 20:48 | Bölmə: Slayd
Lukaşenko oğlanlarını kəmərlə döyməsindən danışıb

Belarus prezidenti Aleksandr Lukaşenko məişət zorakılığına qarşı mübarizə haqqında qanun layihəsini sərt tənqid edib.

Reyting.az bildirir ki, dövlət başçısının fikrincə, layihədə əksini tapan bütün müddəalar Qərbdən götürülüb.

“Narahat olmaya bilərsiniz. Biz Belarus təcrübəsindən, slavyan ənənələrindən, öz mövqeyimizdən çıxış edəcəyik”, - Lukaşenko vurğulayıb.

Qanun layihəsi Daxili İşlər Nazirliyində hazırlanır, lakin prezident hesab edir ki, bu cür sənədlərlə digər strukturlar, ilk növbədə yerli hakimiyyət orqanları, hökumət, ictimai təşkilatlar məşğul olmalıdır. Lukaşenko bundan sonra hüquq-mühafizə orqanlarının fikirlərinin də nəzərə alınmasını mümkün hesab edir.

Məsələn, prezident diqqətini ona cəlb edib ki, hərdən uşaqları cəzalandırmaq lazım gəlir.

“Yaxşı kəmər bəzən yayarlıdır, lakin, əlbəttə, hamı üçün yox. Viktor (böyük oğıudur) məndən bəzən alırdı. Ortancıl, Dima, Vityaya kəmərin necə dəydiyini görüb yanında dik dayanırdı. Kiçiyi 15 yaşındadır və mən onu heç vaxt cəzalandırmamışam, o özü də buna layiq olmayıb”, - Lukaşenko oğlanlarının cəzalandırılması üsulundan danışanda qeyd edib.

Məişət zorakılığı ilə bağlı qanun layihəsi son zamanlar Belarusda qızğın müzakirə olunur. Yeni norma və qaydalar çoxlarının narazılığına səbəb olub. Məsələn, qanun layihəsinə əsasən uşağa cib xərcliyi vermirlərsə, yaxud otağı yığışdırmağa vadar edilirsə, zorakılıq sayıla bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}