17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Senat Litsenberqeri Azərbaycanın səfiri postunda dəstəkləməyə hazırdır
Tarix: 05-10-2018 23:39 | Bölmə: Slayd
Senat Litsenberqeri Azərbaycanın səfiri postunda dəstəkləməyə hazırdır

ABŞ Senatının Xarici İşlər Komitəsi Erl Litsenberqeri Azərbaycanın səfiri postunda dəstəkləməyə hazırdır. Reyting.az xəbər verir ki, bu barədə Turan-ın Vaşinqton müxbirinə Senatdakı mənbə bildirib.

Oktyabrın 4-də keçirilmiş dinləmələr zamanı Litsenberqerə Azərbaycanda insan hüquqlarının pozulması və Bakı ilə Vaşinqton arasında təhlükəsizlik məsələlərinə dair əməkdaşlıq haqda suallar verilib.

"Biz Azərbaycanda siyasi azadlığın məhdudlaşdırılması ilə bağlı narahat olmalıyıq", - Xarici İşlər Komitəsinin üzvü, senator Kris Merfi dinləmələrdə bildirib.

Litsenberger öz çıxışında ABŞ və Azərbaycanın energetika və təhlükəsizlik sahəsində uzun müddət əməkdaşlıq etdiyini qeyd edərək deyib ki, "Qərb ölkələri ilə inteqrasiya enerji boru kəmərləri, ixrac və təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsindən kənara çıxa bilər və çıxmalıdır".

"Birləşmiş Ştatlar qanunun aliliyi, şəffaflıq və insan hüquqlarının qorunması vasitəsilə Azərbaycanla demokratik və açıq iqtisadi prinsiplərin irəliləməsində sıx əməkdaşlığı davam etdirməlidir.

Bu islahatların həyata keçirilməsi Azərbaycanın marağındadır, çünki bu, uzunmüddətli sabitliyin təminatı, həm də onun vətəndaşlarının potensialı və iqtisadiyyatı üçün vacibdir", - o deyib.

"Demokratiyalar ancaq o zaman çiçəklənir ki, müstəqil məhkəmə sistemi, qanunun aliliyi, azad atfosfer, enerjili vətəndaş cəmiyyəti, plüralizm, demokratik seçki prosesləri, insan hüquq və azadlıqlarına hörmət edilməsi onları dəstəkləyir", - səfir əlavə edib.

Azərbaycan bu yolla irəlilədikcə ikitərəfli münasibətlər möhkəmlənəcək.

"Biz stabil, demokratik, dinc və çiçəklənən, ABŞ və bizim avropalı dostlarımız və müttəfiqlərimiz ilə strateji bağlılığı olan Azərbaycana tərəfdarıq", - o vurğulayıb.

"Azərbaycan ABŞ üçün mühüm ixrac bazarıdır. Bunlar təyyarələr, kənd təsərrüfatı avadanlığı, maşınlar və digər mallar, xidmətlərdir. Ancaq biz ABŞ şirkətləri üçün daha böyük imkanlar yarada bilərik".

Litsenberger deyib ki, əgər səfir postuna təsdiqlənərsə ikitərəfli əməkdaşlığın genişlənməsi üçün Amerika firmalarının mövqeyinin möhkəmlənməsinə çalışacaq. O həmçinin vəd edib ki, qarşılıqlı hörmət əsasında Azərbaycanla bu məsələlərlə bağlı etibarlı dialoqun inkişafı üçün öz təcrübəsindən istifadə edəcək.

O, digər prioritet kimi Qarabağ münaqişəsinin həllini göstərib.

"Cənubi Qafqazın təhlükəsizliyi və çiçəklənməsi üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından böyük prioritet yoxdur.

ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi gücdən və güc ilə bağlı təhdidlərdən istifadə etməmək, ərazi bütövlüyü, xalqların bərabər hüquqları və özünütəyin hüququ da daxil olmaqla, BMT nizamnaməsi və Helsinki Yekun Aktı prinsipləri əsasında münaqişənin nizamlanması üzrə dinc, uzunmüddətli danışıqlara nail olunması üçün tərəflərlə işi davam etdirir. Əgər mənim təyinatım dəstəklənərsə, bu məqsədə çatmaq üçün administrasiyanın öhdəliklərini dəstəkləyəcəm", - Litsenberger vurğulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}