Keçmiş kansler tərcüməçisi ilə evləndi: Toya Türkiyənin xarici işlər naziri də gedib
Tarix: 06-10-2018 14:09 | Bölmə: Slayd
Keçmiş kansler tərcüməçisi ilə evləndi: Toya Türkiyənin xarici işlər naziri də gedib

Almaniyanın keçmişkansleri Qerhard Şreder beşinci həyat yoldaşı ilə toyunu Berlinin mərkəzindəki dəbdəbəli Adlon hotelində keçirib.

Reyting.az xəbər verir ki, siyasətçinin bu dəfəki seçimi 49 yaşlı Cənubi Koreya vətəndaşı, onun şəxsi tərcüməçisi Kim Son Endir.

Məlumata görə, Adlondakı təmtəraqlı şənlikdə 150-yə yazın qonaq iştirak edib. Onların arasında bəyin Sosial-demokrat partiyasından olan silahdaşları, Almaniyanın prezidenti Frank-Valter Ştaynmayer və keçmiş daxili işlər naziri Ziqmar Qabriel də olub.

Bundan əlavə, toya Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Scorpionsun vokalçısı Klaus Mayne də gəliblər.

Şreder cavan həyat yoldaşı ilə Almaniyada – Tyurinqiya və Saksoniya federal torpaqlarına toy səyahətinə yollanacaq.

Maraqlıdır ki, beşinci dəfə evlənən Şreder 49 yaşlı sevgilisi ilə münasibətlərini 5 ay əvvəl rəsmiləşdirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}