07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Rekord soyuqlara hazır olun: NASA-dan xəbərdarlıq
Tarix: 06-10-2018 18:53 | Bölmə: Slayd
Rekord soyuqlara hazır olun: NASA-dan xəbərdarlıq

İqlim dəyişikliyi və qlobal istiləşmə kimi sahələrə xüsusi diqqət ayıran NASA-nın elm insanları rekord soyuqlara qarşı xəbərdarlıq edib.

Reyting.az-ın xəbərinə görə, yeni iqlim araşdırmasını dərc etdirən NASA-nın göstəriciləri o qədər də ürəkaçan deyil.

Çünki qurum qarşıdakı dövrdə rekord səviyyədə soyuq gözlədiklərini açıqlayıb.

Doktor Toni Filips və stajlı araşdırma alimi Martin Mlynczak apardıqları araşdırma nəticəsində Günəşin əvvəlki kimi səmərəli olmadığını və bu təsirlərinin getdikcə hiss edilməyə başlanacağını bildirib.

Aparılan peyk işlərində Termosfer soyuma və buna bağlı daralma olduğu diqqətləri cəlb etmiş vəziyyətdədir.

NASA-nın qocaman tədqiqatçı alimi Martin Mlynczak nitrat oksid səviyyəsinin olması lazım olduğundan 10 qat qədər aşağı olduğunu qeyd edərək, yaxın kosmos dövrü üçün rekord soyuqların görülmə ehtimalının olduğunu bildirib.

Mlynczak bunun üçün hələ yetərli səviyyənin ibarət olmadığını, ancaq bir neçə ay içində ola biləcəyini də əlavə edib.

Ötən il NASA təhlükənin miqyasını nümayiş etdirmək üçün 1880-ci ildən günümüzə olan dəyişikliyi göstərən materialları dərc etdirmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}