11:18 / 10-12-2018
Lerikdə zəlzələ olub
17:26 / 09-12-2018
Messi təyyarə aldı - Fotolar
23:15 / 08-12-2018
50-dən artıq startap...
20:10 / 08-12-2018
Parisdə barrikadalar qurulur
Ermənistanın mövqeyi Qarabağda müharibəni qaçılmaz edir - Təhlil
Tarix: 07-10-2018 07:54 | Bölmə: Slayd
Ermənistanın mövqeyi Qarabağda müharibəni qaçılmaz edir

Ermənistanda başlayan növbəti etirazlar bu ölkədə siyasi vəziyyəti daha da gərginləşdirib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, baş nazir Nikol Paşinyan dekabr ayında erkən parlament seçkiləri keçirmək və bununla hakimiyyətin bütün rıçaqlarını əlinə almaq istəyir. Bəli, Paşinyan bilir ki, hər keçən ay onun daxildəki populyarlığını azaldır.

İqtidara popuilist şüarlarla gələn Paşinyan artıq bir çox vədlərini yerinə yetirmək gücündə olmadığının fərqindədir. O üzdən ölkə ictimayyətinin diqqətini daha çox siyasi və hərbi məsələlərə yönəldərək, həm erkən seçkilər üçün vaxt udmağa, həm də diqqəti sosial problemlərdən yayındırmağa çalışır. Sözsüz ki, Paşinyanın bu takstikasından siyasi rəqibləri – keçmiş prezidentlər Köçəryan – Sərkisyan xəbərdardır. Bu səbəbdən onlar Paşinyanın dekabrda növbədənkənar parlament seçkisi keçirmək niyyətinə çox ustalıqla mane olurlar. Bu cütlük istəklərinin reallaşması üçün parlamentdə çoxluq təşkil edən tərəfdarlarından istifadə edirlər. Paşinyan isə həm Köçəryan və Sərkisyanın parlamentdə sayca çox olan tərəfdarları, həm də onların inzibati sistemdəki kadrları ilə vidalaşmaq istəyir.

Ermənistanın mövqeyi Qarabağda müharibəni qaçılmaz edir

Paşinyan artıq 6 naziri, 4 qubernatoru vəzifələrindən getməyə məcbur edib. Görünən isə odur ki, hələ də Paşinyan iqtidarını qarşıda çox böyük problemlər gözləyir. Hətta bəzi ekspertlər onun hərbi çevrilişlə devriləcəyini də gündəmə gətirməyə başlayıblar. Bir sözlə, tarixi düşmənlərimizin hakimiyyət davası davam edir.

Bəs, bu proseslər necə nəticələnəcək? Paşinyan rəqiblərini “məxməri inqilab”la yola sala biləcəkmi? Ən əsası, Ermənistandakı gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanla danışıqlar prosesinə necə təsir edə bilər?

Paşinyanın Düşənbədəki israrı

İrəvandakı son qarşıdurmadan əvvəl Paşinyan Düşənbədə MDB dövlət başçılarının növbəti toplantısında Azərbaycan prezidenti ilə görüşüb.

Bununla bağlı "Newtimes”də maraqlı təhlillə çxış edib. Bu təhlili qısa ixtisarla təqdim edirik:

“Rusiya prezidentinin Azərbaycana səfəri və buradan İrəvana getməməsi KİV-də müzakirələrə səbəb olub. Erməni ekspertlər bunu təsadüfi saymırlar və arxasında Vladimir Putinin diplomatik gedişinin dayandığını deyirlər. Onların fikrincə, Rusiyanın dövlət başçısı bu davranışı ilə Cənubi Qafqazda Kremlin geosiyasi prioritetlərində düzəliş ola biləcəyi mesajını verib. Konkret olaraq Rusiya üçün Azərbaycanla əməkdaşlıq daha böyük geosiyasi əhəmiyyət kəsb edir. Hətta iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksələ bilər.

Bəzi ekspertlər bu münasibətin fonunda Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olması perspektivindən bəhs edirlər. Lakin onlar görünür ya birtərəfli düşünür, ya da Azərbaycan-Rusiya münasibətlərinin xarakterini doğru anlamırlar. Məsələ ondan ibarətdir ki, Azərbaycan tarixi torpaqlarını özünə qaytarmaq üçün böyük qardaş axtarışına çıxmayıb. Bakı müstəqil xarici siyasəti sayəsində təbii haqqını bərpa etməyə çalışır. Bunun üçün onun hər hansı hərbi və ya geosiyasi-iqtisadi təşkilata üzv olmasına ehtiyac yoxdur...

İndi məsələnin bu tərəfi aktual deyil. Daha əhəmiyyətlisi odur ki, Putinin Bakıya səfəri ilə Düşənbədə MDB dövlət başçılarının sammiti arasında müəyyən məsələlər üzrə müqayisə aparmaq olar. Bu, daha çox Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları fonunda aktual təsir bağışlayır.

Ermənistanın mövqeyi Qarabağda müharibəni qaçılmaz edir

Mətbuatdan və bir sıra rəsmi bəyanatlardan məlumdur ki, Düşənbədə İlham Əliyevlə Nikol Paşinyan ayaqüstü qısa söhbət ediblər. Bu, erməni baş nazirin təşəbbüsü ilə baş tutub.

Sonra Paşinyan öz Tvitter səhifəsində sevincək Azərbaycan prezidenti ilə apardığı söhbət haqqında yazıb. Erməni baş nazir İlham Əliyevin atəşkəs rejiminə əməl etməyə razılıq verdiyinə sevinib.

Rusiya Azərbaycanın güclənməsinə çalışır?

Ancaq biz real vəziyyəti bilirik. Sadəcə, Paşinyan anlamağa başlayır ki, Azərbaycan rəhbərliyi ilə güc dilində danışmağın mənası yoxdur. Rusiya kimi böyük dövlətin başçısı deyir ki, Azərbaycanla münasibətlər bərabərhüquqluluq və milli maraqlara qarşılıqlı hörmət əsasında qurulur. Üstəlik, Moskva bütün sahələrdə Bakı ilə əməkdaşlığı genişləndirir və dərinləşdirir. O halda aydındır ki, Rusiya nəinki Azərbaycanın zəifləməsini istəmir, əksinə, onun mövqeyinin daha da güclənməsində maraqlıdır. Çünki hər bir dövlət tərəfdaşını etibarlı və sözünə əməl edən görməlidir.

Ermənistanın mövqeyi Qarabağda müharibəni qaçılmaz edir

Bu sadə müqayisələr göstərir ki, Paşinyanın Azərbaycan prezidenti ilə ünsiyyət qurmağa çalışması tamamilə gözlənilən idi. Ermənistan qəti əmindir ki, işğal etdiyi torpaqlardan gec-tez çıxarılacaq. Rusiyanın özü də bunu tələb etməkdədir.

Deməli, ermənilərin öz simalarını saxlamaqla Azərbaycan torpaqlarından işğalçı qüvvələrini çıxarmalarının yeganə ağıllı yolu danışıqlardır. Düşənbədəki qısa söhbətdən Paşinyanın sevincək olması bu səbəblə bağlıdır. O, bir tərəfdən Azərbaycan ordusunun öldürücü zərbələrindən erməni silahlı qüvvələrini qorumağa çalışır, digər tərəfdən erməni cəmiyyətində özünün xilaskar obrazını yaratmaqla məşğuldur. Öz Tvitter səhifəsində "baş nazir olandan ilk dəfədir ki, rahat yatdım" cümləsini yazması bu məqsədə xidmət edir.

Şübhəsiz ki, Paşinyanın necə davranmasına Putinin Bakıda verdiyi bəyanatlar ciddi təsir edib. Faktiki olaraq Ermənistanın baş naziri faktiki olaraq fakt qarşısında qalıb: o, ya səmərəsiz mövqeyindən əl çəkməlidir, ya da güclü zərbə almalıdır.

Bakının heç zaman güzəştə getməyəcəyi bir məsələ var – ərazi bütövlüyünün bərpası! Bu o deməkdir ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz. O cümlədən nə "DQR"in tanınması mümkündür, nə də işğalçı ölkəyə bir qarış torpaq belə güzəşt edilə bilməz. Əgər rəsmi İrəvan bu şərtlərə əməl etməsə, müharibə qaçılmazdır”.

Qafqazda geosiyasi vəziyyət dəyişir?

Ermənistanın mövqeyi Qarabağda müharibəni qaçılmaz edir

Qafqazda geosiyasi vəziyyətin dəyişməsini indi çoxları etiraf etməyə başlayıb. Bu mənada rusiyalı analitik Sergey Markedonovun təhlili oxucular üçün maraqlı sayıla bilər. O, Putinin son Bakı səfərinə toxunmaqla, Qafqazdakı proseslərə işıq salmağa çalışıb.

Həmin təhlili də təqdim edirik:

“Rusiya prezidenti və digər yüksək vəzifəlilərin Azərbaycana baş tutan səfərləri nəinki bu ölkələrin ikitərəfli münasibətləri kontekstində diqqət çəkir, adətən, onlar Ermənistana baş tutan analoji səfərlərlə müqayisədə nəzərdən keçirilir.

İki Zaqafqaziya respublikası artıq uzun illərdir Dağlıq Qarabağ uğrunda mübarizə aparır. Moskvanın mövqeyi nəinki Bakı və İrəvanda, eyni zamanda Vaşinqton və Brüsseldə də sülh prosesində, həlledici olmasa da, kifayət qədər əhəmiyyətli hesab edilir.

Sentyabrın 1-də Putin və Əliyevin Soçi danışıqları ərəfəsində KİV-də Azərbaycanın KTMT-yə mümkün üzvlük perspektivləri aktiv müzakirə edilib. Bu fonda belə bir sual meydana çıxır: “Rusiya-Azərbaycan münasibətlərindəki intensivlik Moskvanın prioritetlərində dəyişikliyin baş verdiyini göstərir? Bunu Rusiyanın xarici siyasi dönüşünün başlanğıcı, ya da ən azından əvvəlki mövqeyinin təftişi kimi şərh etmək olarmı?”

Bu suallara cavabların taktiki və strateji ölçüsü var. Birinci halda Soçi və Bakı danışıqlarının gündəliyinə nəzər yetirməmiz və Dağlıq Qarabağ mövzusunun bu görüşlərdə əsas yer tutmadığını qeydə almağımız kifayətdir. Üstəlik, münaqişənin həllinin tezləşdirilməsinə, danışıqların sürətləndirilməsinə dair hər hansı müraciət edilməyib, konkret plan təklif edilməyib, müzakirə olunmayıb. Əksinə, sosial-iqtisadi süjetlərin üstünlüyü göz qabağındadır.

Əliyev Rusiya-Azərbaycan regionlararası forumunda çıxışı zamanı xüsusilə qeyd edib: “Rusiya Azərbaycan üçün qeyri-neft sahəsində məhsullarımızın idxalında və ixracında bir nömrəli tərəfdaşdır”. Milli iqtisadiyyatın diversifikasiyası bir neçə ildir Bakı üçün prioritet tapşırıqdır. Qərb tərəfdən sanksiya təzyiqinin artdığı bir şəraitdə Moskva Avrasiyada müxtəlif tərəfdaşlarla əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu, təkcə inteqrasiya birlikləri formatında deyil, eyni zamanda ikitərəfli əsasda. Məncə, Dağlıq Qarabağ mövzusuna toxunmamaq təsadüfi deyil. Çox vaxt Rusiya-Azərbaycan, eləcə də Rusiya-Ermənistan münasibətlərinin gətirildiyi bu mövzunun dar çərçivəsindən çıxmaq Moskva üçün çox vacibdir.

İkitərəfli münasibətlərin gündəliyinin mürəkkəbləşdirilməsi mümkün böhran hallarında deskalasiya arqumenti kimi tərəfdaşlığa marağı istifadə etmək üçün müəyyən “ipucu” tapmağa kömək edəcək.


Bu zaman nəzərə almaq lazımdır ki, Bakıda Moskvanı necə qiymətləndirirlərsə qiymətləndirsinlər, iki ölkənin gələcək yaxınlığına mane olacaq çox məsələ var. Burada söhbət ayrı-ayrı görüşlərdən, danışıqlardan deyil, strategiyadan gedir. Azərbaycanın xarici siyasi kursu, prinsipcə, maraqların balansına və inteqrasiya layihələrinə sərt bağlılıqdan imtinaya əsaslanıb. Bakıda ikitərəfli münasibətlər modelinə üstünlük verilir. Belə bir model nəinki Rusiya, ilk növbədə Türkiyə, habelə İran, İsrail və ABŞ nümunəsində də özünü doğruldub. Adları çəkilən ölkələr arasında münasibətlər kifayət qədər mürəkkəb olsa da, onların hamısı Azərbaycana, Azərbaycan da onlara maraq göstərir. Bu xətti hansısa cəhdlə pozmaq mümkün görünmür. Ona görə Bakı “Əsrin müqaviləsi”ni və Qərbin enerji nəhəngləri ilə strateji tərəfdaşlığını yenidən nəzərdən keçirməyəcək, eyni zamanda “qoşulmamaq” kursundan imtina etməyəcək.

Ermənistanın mövqeyi Qarabağda müharibəni qaçılmaz edir

Bu baxımdan Zaqafqaziyada geosiyasi dönüşlər barədə müzakirə predmeti yoxdur. Moskva İrəvanla bağlı hansı əndişəsini səsləndirirsə səsləndirsin, başa düşür ki, sabahkı dönüşün bəxş edəcəyi qeyri-müəyyən “faydaların” müqabilində Ermənistanla bugünkü strateji ittifaqdan imtina etmək strateji cəhətdən əhəmiyyətli Avrasiya regionunda Rusiyanın mövqeyini möhkəmlətməyəcək. Bu dönüşü təsəvvür etsək belə, onun Bakı-Ankara (Türkiyə isə NATO-nun mühüm üzvüdür) alyansının prinsipial təftişinə və ya “Əsrin müqaviləsi”nin “Rosneft”, ya da “Qazprom” ilə nəzəri “minilliyin müqaviləsi”nin xeyrinə nəzərdən keçirilməsinə gətirib çıxaracağı gözlənilmir.


Yox, əgər belədirsə, onda növbəti sual meydana çıxır: “Əgər Ermənistanın strateji müttəfiq olduğu, Azərbaycanın isə sovet diplomatı və eksperti Gennadi Gerasimovun uğurlu metaforundan istifadə edərək “Sinatra doktrinası”na əməl etdiyi, yəni öz xarici siyasi yolu ilə irəlilədiyi aydındırsa, onda Bakı və İrəvan arasında bu qədər çətin tarazlıq Moskvanın nəyinə gərəkdir?

Bəli, Azərbaycan ictimaiyyəti daxilində müxtəlif mövqelər, o cümlədən Moskvaya qarşı kəskin tənqidlər səslənir, amma ölkə rəhbərliyi Rusiyanı “aqressiv imperiya” kimi nəzərdən keçirmir, əskinə, onda Qarabağ probleminin əsas mediatorunu və etibarlı tərəfdaş görürlər.

Aydındır ki, öz əlinlə özünə yeni düşmən yaratmaq düzgün olmaz (özü də Türkiyə ilə əlaqələrini nəzərə alsaq). Abxaziya və Cənubi Osetiyanı tanıdıqdan sonra Gürcüstana təsirini itirən Moskva Dağıstan bölgəsində və Xəzər dənizində ümumi sərhədə malik olduğu Azərbaycanda oxşar ssenarinin təkrarlanmasına yol verə bilməz.

Yox, əgər Rusiyadan silah tədarükündən danışmaq gərəkirsə, onda bu silahlar Azərbaycanda ümumi idxalın, sadəcə beşdə bir hissəsini təşkil edir. Bu bazarda isə Rusiya ilə yanaşı, Türkiyə, Ukrayna və İsrail də mühüm rol oynayır. Xəzəryanı respublikanın iqtisadi vəziyyəti elədir ki, silah idxal edən digər mənbələrlə problemi yaranmır. Üstəlik, Rusiya 2006-cı ildən Azərbaycana silah tədarük edir. Dörd günlük müharibə zamanı gərginliyin eksklüziv mənbəyini bu silahlarda görmək məsələni bəsitləşdirmək olardı.

Qarabağa görə qisas almaq ideyası 2016-cı ildən əvvəl də rəsmi Azərbaycanın diskursunun bir hissəsi olub. Rusiya Azərbaycana silah tədarük etmədiyi dövrlərdə də belə bir ideya mövcud olub.

Yeri gəlmişkən, Ermənistanla münasibətlərində də Moskvanın Qarabağ çərçivəsi ilə məhdudlaşmaması çox vacibdir. Əks təqdirdə, əsasən süni şəkildə yaradılmış “rus silahı” “yüksək Avropa standartlarına” qarşı dilemması güclənəcək ki, bu da heç cürə Moskva və İrəvan arasında ikitərəfli strateji münasibətlərin möhkəmlənməsinə yardım etməyəcək.




Bölməyə aid digər xəbərlər