16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Lotu Quli Rövşən Lənkəranskinin bütün obyektlərini ələ keçirdi
Tarix: 07-10-2018 19:04 | Bölmə: Slayd
Lotu Quli Rövşən Lənkəranskinin bütün obyektlərini ələ keçirdi

“Qanuni oğru” Nadir Səlufov (Lotu Quli) Rusiya üzrə qələbə yürüşünü davam etdirir.

Reyting.az xəbər verir ki, bu günlərdə çoxu Azərbaycandan olanların çalışdığı Kaluqa şossesindəki topdansatış ərzaq bazarlarından biri onun qarşısında “təslim” olub.

Son zamana qədər bu bazar Rövşən Canıyevin klanının nəzarətində idi, lakin onu saxlaya bilməyib. Haqq ödəməli olan iri biznesmenlərlə Quli şəxsən özü – video konfrans vasitəsilə əlaqə saxlayır. Səifov özü Rusiyada axtarışdadır.

2016-cı ilin avqust ayında nüfuzlu “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) güllələnməsindən sonra onun nəhənf “imperiyası”nı digər mafiya klanları kifayət qədər tez bölüşdürüblər.

Rövşən aktivlərinin qalan hissəsini onun yaxın qohumu olan “qanunçu” Zaur saxlaya bilirdi. Ən böyük gəliri Kaluqa şossesindəki topdansatış bazarında ticarətlə və bizneslə məşğul olan Azərbaycandan olanlar üzərində nəzarət gətirirdi. Quli tezliklə Rövənin paytaxtdakı digər obyektlərini ələ keçirsə də, bu Azərbaycan seqmenti heç cür təslim olmurdu.

Lotu Quli Rövşən Lənkəranskinin bütün obyektlərini ələ keçirdi

Nadir Səlifov qəti hücuma 2018-ci ilin yazında keçib. Qulinin çox sayda yaraqlısı, Zaurun ofisi də yerləşən bazarda növbətçilik edirdi. Qanqsterlər onun nəzarəti altında işləyən ticarətçiləri, eləcə də onun ətrafındakı adamları özlərinə tərəf çəkirdilər. Onlara izah edirdilər ki, pulu yalnız Quliyə ödəməlidirlər. Eyni zamanda Zaura “salam” da göndərirdilər. Sonuncu mühasirə şəraitində idi, istənilən an sui-qəsdlə üzləşə bilərdi. Bazardakı ofis və evi arasında 6 mühafizəçi ilə hərəkət etmək məcburiyyətində qalırdı.

Quli və Zaurun maliyyə imkanları, eləcə də nəzarətlərindəki yaraqlıların sayı müqayisə edilməz idi. Məlumata görə, bu cür üstünlük Rövşənin qohumuna Səlifovla “müharibə”də hər hansı uğur gətirə bilməzdi. Bunu nəzərə alan Zaur yaxınlarda Moskvanı tərk etmək qərarına gəlir və bazarda bir neçə nəfər saxlayır. Beləliklə, mövqe itirilmişdi. Qulinin adamları obyektə “girmişdi” və artıq alverçilərə yeni oyun qaydalarını izah etməyə başlamışdılar.

Zaur “Quli problemini” həll etməyin mümkünsüzlüyünü 2018-ci ilin yayında başa düşür. Həmin vaxt Səifov beynəlxalq axtarışda idi ( iki epizod – oğurluq və zorakılıq, eləcə də soyğunçuluq ittihamı üzrə) .

Amma bu, onun Türkiyədə sakit yaşamasına mane olmur. Avqust ayında digər soyadla əldə etdiyi pasportla Çernoqoriyaya uçur, orada saxlanılır. Elə hesab olunurdu ki, Qulinin Rusiyaya ekstradasiyası baş tutacaq. Lakin Səlifovun böyük kapitalı belə problemləri də həll etməsinə kömək olur. Artıq 3 gün sonra Çernoqoriya təmsilçiləri Moskvaya Qulinin buraxılması haqda məlumat verirlər. Bu zaman izah edirlər ki, Çernoqoriyanın Rusiyadakı əməlləri ilə bağlı ona heç bir iradları yoxdur, nə zaman onu yaxalaya bilsəniz, onda haqq-hesab çəkərsiniz.

Zaur bundan sonra başa düşür ki, bazar uğrunda savaşını uduzub.

Quli isə qısa müddətdə ən yağlı obyektləri və iş adamlarını öz tabeçiliyinə keçirir. Ən maraqlısı odur ki, ən iri iş adamları belə beynəlxalq axtarışda olmasına baxmayaraq, Səlifovla şəxsən ünsiyyətdə olurlar. Mənbənin məlumatına görə, mənzərə belədir. Qulinin idmançı-canişinləri onlarla ticarətçini bir yerə yığır, sonra onların qarşısında noutbuk açılır, video konfrans vasitəsilə Səlifovla ünsiyyət yaradılır.

O, video kamera vasitəsilə biznesmenlərə nəzarət edir. Sonra “qanuni oğru”nun təxminən bu tərzdə monoloqu gəlir: “Sən 2 ayda milyon rubl ödəyəcəksən, sən də həmçinin, sən – 3 milyon. Hə, unutmuşdum, sənin qardaşın da biznesdədir. Onda sizin ailədən 4 milyon”.

Səslənən məbləği müzakirə etmək mümkün deyil.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}