11:18 / 10-12-2018
Lerikdə zəlzələ olub
17:26 / 09-12-2018
Messi təyyarə aldı - Fotolar
23:15 / 08-12-2018
50-dən artıq startap...
Lotu Quli Qafqaz və Orta Asiyanın yüzlərlə avtoritetini İstanbula topladı
Tarix: 11-10-2018 12:32 | Bölmə: Slayd
Lotu Quli Qafqaz və Orta Asiyanın yüzlərlə avtoritetini İstanbula topladı

“Qanuni oğru” Nadir Səlifovun (Quli) sədrliyi ilə ötən bazar günü İstanbulun Fateh rayonunun yaşayış mikrorayonlarından birində qlobal “yığıncaq” keçirilib.

Reyting.az xəbər verir ki, Qorxulu Quli kimi də tanınan “qanunçu”ya yaxın olan şəxslərlə yanaşı, toplantıda Qafqazın və Orta Asiya respublikaları kriminal aləminin nümayəndələri iştirak edib.

Məlumata görə, yığıncaqda hazırda İstanbulda yaşayan Özbəkistandan olan 100-ə yaxın avtoritet təmsil olunub. Bundan əlavə, İstanbula Qazaxıstandan 30, Qırözıstan və Tacikistandan 50-yə yaxın cinayətkar avtoritet gəlib.

Orta Asiyanın bütün avtoritetlərinin əsas nümayəndəsi kimi Axtam Səmərqəndli ləqəbli birisinin çıxış etdiyi bildirilir.

İştirakçılardan biri qeyd edib ki, bu, keçmiş SSRİ respublikaları avtoritetlərinin ən böyük cinayətkar “yığıncağı” olub.

Onun söğzlərinə görə, toplaşanlar mübahisəli məsələlərin vacibliyini və onların həllində kimin hakim kimi çıxış edəcəyini müzakirə ediblər. Bundan əlavə, “obşak”a daxil olan pulu necə xərcləməyin lazım olduğu haqda danışılıb.

“Obşak” haqda danışan Quli deyib ki, yaxınlarda Özbəkistanın ən böyük sahibkarlarından birinə borclu olduğunu xatırladıb. Səlifovun sözlərinə görə, 2010-cu ildə “oğru” “obşak”ından Özbəkistandan meyvə və tərəvəz tədarükü üçün 10 milyon dollar verib, pul ilin axırına kimi qaytarılmalı idi. Əks təqdirdə, “qanunçu” bəyan edib ki, biznesmen kriminal aləmin qaydalarına uyğun olaraq cəzalandırlacaqdı. Qeyd edək ki, “obşak”a məxsus olan pul borcuna görə kimsə həyatını da itirə bilər.

Qulinin dediyinə görə, bu məsələni “qanuni oğru” Bəxtiyar Kudratullayevlə (Baxti Daşkəndli) müzakirə edib və o onu tamamilə dəstəkləyib. Məlumdur ki, iş adamı özq artıq Moskvadan Daşkəndə bu problemi həll etmək üçün uçub.

Xatırladaq ki, bundan sonrakı gün Quli İstanbulda yerli polis tərəfindən saxlanılıb. Məlumatda qeyd edilirdi ki, onun saxlanılmasının səbəbi Rusiya KİV-lərində bu ölkədəki cinayətkar fəaliyyəti, eləcə də 2016-cı ildə “qanuni oğru” Rövşən Lənkəranskinin Türkiyədə öldürülməsi ilə bağlıdır.

Bununla belə, bir sutka sonra – oktyabrın 9-da Quli azadlığa buraxılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər