Bu il dünyada 56 jurnalist öldürülüb
Tarix: 11-10-2018 16:44 | Bölmə: Slayd
Bu il dünyada 56 jurnalist öldürülüb

“Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı jurnalistlərin müdafiəsi üzrə BMT baş katibinin xüsusi nümayəndəsinin təyin olunmasına çağırış edib.

Reyting.az bildirir ki, təşkilatın açıqlamasına görə, 2018-ci ildə dünyada 56 kütləvi informasiya vasitəsi nümayəndəsi öldürülüb.

Təşkilatın saytında açıqlanan məlumata görə, bu il oktyabrın 1-dək dünyada progessional fəaliyyətini yerinə yetirən zaman 56 jurnalist ölüb.

2017-ci ilin müvafiq dövründə 55 KİV təmsilçisi öldürülmüşdü.

Jurnalistlərin böyük hissəsi münaqişə zonalarında həyatlarını itiriblər.

Daha çox jurnalistlərin öldürüldüyü Əfqanıstandır. Bu il bu ölkədə 13 jurnalist həyatını itirib.

Əfqanıstanın ardınca Yəmən (5 jurnalist) gəlir. İki KİV nümayəndəsi Pakistanda, Fələstində və Suriyada öldürülüb.

İlin əvvəlindən bəri 29 KİV nümayəndəsi (52 faiz) döyüş zonalarında həlak olub.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}