Dünyada 120 milyondan çox adam aclıqdan əziyyət çəkir
Tarix: 11-10-2018 19:18 | Bölmə: Slayd
Dünyada 120 milyondan çox adam aclıqdan əziyyət çəkir

Bütün dünyada 120 milyondan çox insan aclıqdan və doyunca yeməkdən əziyyət çəkir.

Reyting.az bildirir ki, bu, Beynəlxalq ərzaq siyasəti araşdırma institutunun Welthungerhilfe и Concern Worldwide qeyri-hökumət təşkilatı ilə birgə yaydığı “Aclığın ümumi təsnifatı” illik məruzəsində qeyd edilir.

Bu reytinqdə rekordçu Afrika ölkələridir.

Məlumata görə, 2018-ci ilin göstəricisi maksimum həddə çatıb. Qeyd edilir ki, iki il əvvəlki ilə müqayisədə bu gün dünyada 124 milyon insan aclıqdan əziyyət çəkir.

Dünyada 120 milyondan çox adam aclıqdan əziyyət çəkir

Bundan əlavə bildirilir ki, aclıq problemi, yaxud yetərincə qida olmaması səbəbindən məcburi yerini dəyişən insanların sayı bu il təxminən 70 milyon nəfərə çatıb.

Afrikanın 6 ölkəsində - Çad, Haiti, Madaqaskar, Syerra-Leon, Yəmən və Zambiyada bu problem daha ciddi təhlükə yaradır.

Dünyada 120 milyondan çox adam aclıqdan əziyyət çəkir

Aclıq çəkən əhali ilə bağlı ən böhranlı vəziyyət Mərkəzi .Afrika Respublikasında qeydə alınıb.

Xeyli pisləşmə Koreya Xalq Demokratik Respublikasında baş verib. Bu ölkə ac əhalisinin göstəricisinə görə 27-ci yerdən 11-ci sıraya yerləşib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}