Uşaqların rus dilində təhsil almasının tərəfdarı deyiləm - Etiraz
Tarix: 12-10-2018 12:41 | Bölmə: Slayd
Uşaqların rus dilində təhsil almasının tərəfdarı deyiləm

Milli Məclisin bugünkü iclasında deputat Gövhər Baxşəliyeva Azərbaycanda son illər rus sektoruna qoyulan uşaqların sayının artması ilə bağlı məsələ qaldırıb.

Reyting.az bildirir ki, xanım deputat bunun tamamilə səhv olduğunu bəyan edib.

Onun fikrincə, bunun qarşısı alınmalıdır.

“Bu, mənim rus dilinin əleyhinə çıxmağım kimi qəbul edilməsin.
Amma mən birinci sinifdən başlayaraq uşaqların rus dilində təhsil almasının tərəfdarı deyiləm. Arazın o tayında 35 milyon ana dili uğrunda mübarizə aparılır. Amma biz burda ana dilində təhsildən imtina edirik. Belə olduğu halda, onlar müəyyən mentalitetin daşıyıcısı kimi formalaşırlar. Sovetlər dövründə vəziyyəti başa düşə bilərdik. Çünki müstəqil deyildik. Ancaq biz bu gün müstəqilik”, - Gövhər Baxşəliyeva vurğulayıb.

Deputatın sözlərinə görə, ölkəmizdə karyera və təhsil üçün bütün şərait yaradılıb: “Ona görə də hesab edirəm ki, rus dili xarici dil kimi tədris olunsun. Amma orta məktəbdən, yəni, birinci sinifdən başlayaraq sona qədər uşaqların bu dildə təhsil alması doğru deyil”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}