17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Gəncə hadisələrinin iştirakçısı Moskvada tutuldu
Tarix: 12-10-2018 16:24 | Bölmə: Slayd
Gəncə hadisələrinin iştirakçısı Moskvada tutuldu

Moskvanın cənub-qərbində terrorçuluq və Azərbaycanda hakimiyyəti ələ keçirmək çağırışına görə İnterpol xətti ilə beynəlxalq axtarışda olan kişi saxlanılıb.

Reyting.az bildirir ki, bu barədə Rusiya mediasına hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“Oktyabrın 11-də Moskvanın memar Vlasov küçəsində bu ilin iyul ayından Azərbaycan Cinayət Məcəlləsinin (“Terrorçuluq”, “Qəsdən öldürməyə sui-qəsd”, “Qanunsuz silah dövriyyəsi”, “Qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaradılması”, “Hakimiyyətin zorla ələ keçirilməsi”, “Dövlət xadiminin həyatına qəsd”, “Dövlət əleyhinə açıq çağırışlar”) maddələri ilə bir sıra cinayətlər törətməyə görə beynəlxalq axtarışda olan 34 yaşlı kişi saxlanılıb. İstintaq məlumatına görə, kişi Gəncə şəhərində iyul ayında baş verən hadisələrlə bağlı olub”, - məlumatda vurğulanır.

İyul ayının əvvəlində Gəncə şəhərində icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edilib. İcra başçısı və onun mühafizəçisi sağ qalıblar, hücumda şübhəli bilinən Yunis Səfərov saxlanılıb.

İstintaq məlumatına görə, 35 yaşlı kişi Azərbaycanda “İslam dövləti” qurmağı planlaşdırıb və ətrafına tərəfdarlarını toplayıb. Onların bir hissəsi saxlanılıb, bəziləri saxlanılmaları üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiklərinə görə məhv ediliblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}