Prezident tanınmış jurnalistin müalicəsi ilə bağlı göstəriş verib
Tarix: 12-10-2018 17:45 | Bölmə: Slayd
Prezident tanınmış jurnalistin müalicəsi ilə bağlı göstəriş verib

Azərbaycan prezidenti İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin səhhətində yaranan problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş verib.

Reyting.az bildirir ki, bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov özünün Facebook səhifəsində yazıb.

Onun məlumatına görə, Mətbuat Şurasının bununla bağlı dövlət başçısına ünvanladığı məktuba cavab olaraq jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlərin görüləcəyi bildirilib.

“Şuranın prezident İlham Əliyevə ünvanladığı məktubda ölkəmizdə həyata keçirilən media siyasətinin öz fundamental əsaslarını müxtəlif dövlət sənədlərində tapdığı vurğulanıb. Bu siyasətin eyni zamanda insanpərvərlik, hümunistlik kimi ali dəyərlərə söykəndiyi diqqətə çatdırılıb. Bildirilib ki, jurnalistlərimiz mövcud məqamı xüsusi vurğulayır, nəcib əməl və təşəbbüsləri misilsiz örnək nümunəsi olaraq təqdim edirlər.

Ölkəmizin nüfuzlu kütləvi informasiya vasitələrində repartyor kimi çalışmış istedadlı jurnalist Səbuhi Məmmədli də Sizin şəxsinizdə Azərbaycan dövlətinin humanist yanaşmasına ehtiyac duyur. O, kəskin şəkərli diabetdən, qara ciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda səhhəti ağırlaşmış jurnalistin həyatı təhlükədədir. Buna görə də ölkənin media ictimaiyyəti adından Sizə üz tutur, ona müvafiq kömək göstərilməsini xahiş edirik. Əminik ki, həssas münasibətiniz, şəxsi diqqətiniz sayəsində Səbuhi Məmmədlinin sağlığına qovuşması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəkdir”, - Mətbuat Şurasının müraciətində bildirilib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}