14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Vüsal Hüseynov: “Xidmətin keyfiyyətinə diqqət daha da artırılmalıdır"
Tarix: 12-10-2018 23:35 | Bölmə: Slayd
Vüsal Hüseynov: “Xidmətin keyfiyyətinə diqqət daha da artırılmalıdır"

Dövlət Miqrasiya Xidmətində (DMX) Xidmətin müvafiq struktur bölmələrinin, regional miqrasiya idarələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

Müşavirədə xidməti fəaliyyətin təhlili, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində qarşıya qoyulmuş vəzifələrin şəffaf və operativ şəkildə həlli ilə bağlı müzakirələr aparılıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, Prezident İlham Əliyevin tələblərini rəhbər tutaraq qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün hər bir miqrasiya əməkdaşı fəaliyyətini ciddi tələbkarlıq şəraitində və günün tələbləri səviyyəsində qurmalıdır:

"Ölkəmizdə miqrasiya ilə bağlı məsələlərinin operativ şəkildə həlli işinə, xidmət istifadəçilərinin məmnunluğunun və şəffaflığın təmin edilməsinə, xidmətin keyfiyyətinin yüksəldilməsinə diqqət daha da artırılmalıdır".

V. Hüseynov əlavə edib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının, şəffaflığın tam təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir: "Azərbaycanın miqrasiya qanunvericiliyindəki dəyişikliklər də bu məqsədə xidmət edir. Odur ki, hər bir miqrasiya orqanı əməkdaşı üzərinə düşən vəzifə borcunu böyük məsuliyyət hissi ilə yerinə yetirməli, neqativ hallara yol aça biləcək nüanslara fürsət verməməlidir".

Vüsal Hüseynov: “Xidmətin keyfiyyətinə diqqət daha da artırılmalıdır"

Xidmət rəisi vurğulayıb ki, DMX-yə müraciət edənlərin məmnunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsi, daxili əmək bazarının qorunması kimi vəzifə və tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün miqrasiya orqanlarında xidmət aparan əməkdaşlar daha böyük səylə çalışmalıdırlar.

Daha sonra struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.

Müşavirədə Xidmətin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

Xidmət rəisi qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq olaraq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}