14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ərdoğanın dəvət edildiyi toyda 5 min adam iştirak edib - Fotolar
Tarix: 13-10-2018 19:48 | Bölmə: Cəmiyyət
Ərdoğanın dəvət edildiyi toyda 5 min adam iştirak edib

Diyarbəkirin Bismil rayonunda 4 həyat yoldaşı və 56 uşağı olan, 300 də nəvəsi olduğu bildirilən Bismil Kənd Təsərrüfatı Palatasının sədri Mehmet Arslan, polis nəvəsi Yusif İslam Arslanı görkəmli bir toyla evləndirib.

Reyting.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Hamo Ağa deyə bilinən Mehmet Arslanın nəvəsi üçün təşkil etdiyi toya prezident Rəcəb Tayyib Ərdoğan təbrik mesajı göndərib, daxili işlər naziri Süleyman Soylu nikah şahidliyi edib.

Ərdoğanın dəvət edildiyi toyda 5 min adam iştirak edib

Mehmet Arslanın Diyarbəkir Polis İdarəsində vəzifəli polis məmuru işləyən nəvəsi, 27 yaşlı Yusif İslam Arslan 23 yaşlı Edə Bulud ilə nikah bağlayıb. Cütlük üçün Bismil rayonuna bağlı İşıqlar kəndində keçirilən toyaa hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkilləri Mehdi Eker, Oya Eronat, Diyarbəkir valisi Həsən Bəsri Güzeloğlu, rayon polis rəisi Dinin Tacı Aslanla yanaşı, Türkiyənin dörd bir yanından gələn təxminən 5 min adam iştirak edib.

Nikahın ardından toy üçün kənd meydanında qurulan səhnədə Eyvan qrupu konsert verib, orkestrin səsləndirdiyi nəğmə və mahnılar altında dəvətlilər halay çəkib. Hamo Ağa deyə bilinən Mehmet Arslan, gəlin və bəyə sırğa taxmaq istəməyib.

Ərdoğanın dəvət edildiyi toyda 5 min adam iştirak edib

Mehmet Arslan 5 dəfə evləndiyini, həyat yoldaşlarından birinin həyatını itirdiyini söyləyib. Arslan 36 uşağının evləndiyini, hazırda neçə nəvəsinin olduğunu isə bilmədiyini söyləyib.

Ərdoğanın dəvət edildiyi toyda 5 min adam iştirak edib

Toy yeməyi üçün 12 iribuynuzlu heyvan, 25 qoyun kəsdiyini bildirən Mehmet Arslan Qara qənizdən Aralıq dənizinə qədər bir çox yerdən minlərlə adamın toya qatıldığını söyləyib.

Prezident Ərdoğanı da toya dəvət etdiyini söyləyən Arslan, sıx proqramından dolayı Ərdoğanın toya iştirak edə bilmədiyini deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}