14:22 / 19-04-2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:19 / 19-04-2024
MKİ direktorundan xəbərdarlıq: "...Ukrayna ilin sonunadək müharibəni uduza bilər"
13:56 / 19-04-2024
Aİ-dən İsrail və İrana çağırış: "Təmkinli olun!"
13:48 / 19-04-2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq
13:15 / 19-04-2024
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
13:12 / 19-04-2024
Bu şəxslər pensiyaya daha tez çıxacaq - Qanun dəyişib
13:08 / 19-04-2024
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşı artırılır
12:56 / 19-04-2024
Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib
12:49 / 19-04-2024
Naxçıvanda 15 yoxlama materialı Baş Prokurorluğa və DTX-yə göndərilib
12:43 / 19-04-2024
Komitə sədri: "Dövlət orqanlarında daxili nəzarət mühiti gücləndirilməlidir"
12:30 / 19-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:16 / 19-04-2024
Xocavənddə fermada partlayıcı qurğu və maddə aşkarlanıb
12:02 / 19-04-2024
Kəmaləddin Heydərov polkovniki yüksək vəzifəyə təyin edib
11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
11:47 / 19-04-2024
Razi Nurullayev: "Yeni agentlik və ya komitə yaradılsın"
11:41 / 19-04-2024
MN: "Rusiyanın bombardmançı təyyarəsini vurduq"
11:34 / 19-04-2024
Deputat Milli Məclisdə: "Sülhməramlıların Qarabağdan çıxarılması..."
11:19 / 19-04-2024
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim keçirib - Video
11:16 / 19-04-2024
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
11:13 / 19-04-2024
Daha bir ölkə fransız diplomatlarını qovub
11:04 / 19-04-2024
Milli Məclisin növbəti iclası başlayıb
10:59 / 19-04-2024
Kamran Həsənli “Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var”
10:48 / 19-04-2024
S&P İsrailin kredit reytinqini aşağı salıb
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
10:17 / 19-04-2024
Kluba ayrılan pullar mənimsənilib, oyun "satış"ı iddiası var - "İrəvan"da "xal" qalmadı...
09:59 / 19-04-2024
Avstraliya vətəndaşlarını İsraildən çıxmağa çağırıb
09:47 / 19-04-2024
"Fənərbağça"nın baş məşqçisi: "Azarkeşlərimizdən utandıq"
09:37 / 19-04-2024
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
09:31 / 19-04-2024
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
09:19 / 19-04-2024
Bu gün səhərə yaxın İsrail İrana zərbələr endirib
18:06 / 14-04-2024
İordaniya Kralı COP29-a dəvət olunub
00:02 / 15-04-2024
Ceyhun Bayramov Özbəkistana gedib - Yenilənib
20:08 / 15-04-2024
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
23:11 / 14-04-2024
Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
18:51 / 15-04-2024
“Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirilib - Fotolar
22:33 / 14-04-2024
İsrail prezidenti: "Bu, əsil müharibə elanıdır"
15:07 / 17-04-2024
Hikmət Hacıyev: “Sülhməramlıların Azərbaycandan çıxarılması barədə qərar qəbul edilib”
13:58 / 16-04-2024
Agentlik sədri vəzifədən azad edilib - Yeni təyinat
14:31 / 14-04-2024
Paris-2024: Azərbaycan millisi lisenziya qazanıb
10:57 / 18-04-2024
60 milyard dollarlıq yardımın önü açılır
13:03 / 15-04-2024
Məşhur aktyor kinodan qovulub
09:07 / 15-04-2024
Puqaçova qastollardan nə qədər qazanacaq?
Məleykə Abbaszadə ittihamlarla razılaşmır - Müraciət
Tarix: 14-10-2018 08:21 | Bölmə: Slayd
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şagirdlər, abituriyentlər, müəllimlər, valideynlər və KİV nümayəndələrinə müraciət edib.
Reyting.az xəbər verir ki, M. Abbaszadə müraciətində 2019-cu ildə tətbiqi nəzərdə tutulan orta məktəblərin buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelindən danışıb. O, qeyd edib ki, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı kütləvi informasiya resurslarında – internet portallarında, televeziyalarda, sosial şəbəkələrdə, eyni zamanda ictimaiyyət arasında müzakirələr aparılır. M. Abbaszadə bu müzakirələri müsbət hal kimi dəyərləndirsə də, bəzən müzakirələrdə yanlış fikirlərə, əsası olmayan məlumatlara, heç bir ciddi araşdırma aparılmadan söylənilən şərhlərə və bundan doğan haqsız tənqidlərə təsadüf olunduğunu bildirib: “Bunlar arasında qəbul qaydalarının elan edilməsinin gecikməsi, imtahanın məzmununa dair məlumatların azlığı, açıq tipli tapşırıqlardan istifadə, xüsusilə xarici dil fənni üzrə “dinləyib-anlama” bacarıqlarının yoxlanılmasına dair fikirlərə rast gəlinir. Bütün bu deyilən və yazılan fikirlərlə əlaqədar aşağıdakı məsələləri diqqətinizə çatdırmaq istəyirik.
Respublikanın təhsil sistemində köklü dəyişikliklərə 15 iyun 1999-cu il tarixində Heydər Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, mahiyyətində "yaddaş məktəbi"ndən "təfəkkür məktəbi"nə keçidi saxlayan "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" ilə təkan verilmişdir. Bu islahat proqramı çərçivəsində yeni təhsil proqramları (kurikulumlar) işlənilmiş və 2006-cı ildə bu istiqamətdə ilk əsas sənəd (Milli Kurikulum), 2010-cu ildə isə həmin sənədin daha təkmil forması Nazirlər Kabineti tərəfindən hüquqi sənəd kimi təsdiq edilmişdir.
Bu sənədlərdə tədris prosesində şagirdlərə bilik aşılanmaqla yanaşı, onlarda müəyyən bacarıqların və vərdişlərin formalaşdırılması da nəzərdə tutulmuşdur. Həmçinin, təhsil sistemində aparılan islahatların əsas tərkib hissəsi kimi 2008-ci ildən başlayaraq respublikanın bütün ümumi təhsil müəssisələrinin ilk dəfə I siniflərindən başlayaraq yeni təhsil proqramları (kurikulumlar) tətbiq edilməyə başlanmışdır. Bu zaman təbii ki, həmin şagirdlərin təhsil aldıqları kurikulum sisteminin müvafiq hüquqi sənədlərinin tələbinə uyğun olaraq imtahanlarda onların bilikləri ilə yanaşı bacarıqlarının da ölçülməsi zərurətə çevrilmiş və bu proses qiymətləndirmənin təşkilində yeni yanaşmaların tətbiqini tələb etmişdir. Dövlət İmtahan Mərkəzi tərəfindən (keçmiş TQDK) bu tələblərin qarşılanması üçün yeni imtahan modeli üzrərində hələ 5 il əvvəldən araşdırmalara başlanılmışdır. Yəni indiki imtahanın məzmunu ilə əlaqədar görülən işlərə məhz 5 il öncədən start verilmişdir.
Burada əsas təkan 2012-ci ildə ölkə prezidentinin müvafiq Sərəncamına əsasən o zamankı TQDK-nın Əsasnaməsində dəyişiklik edilməklə, monitorinq imtahanlarının keçirilməsinin onun vəzifələrinə daxil edilməsi olmuşdur.
Beləliklə, Dövlət İmtahan Mərkəzi (keçmiş TQDK) hələ 2013-cü ildən başlayaraq (yeni təhsil sistemində təhsil alan ilk şagirdlər o zaman V sinifdə oxuyurdular) respublikanın ümumtəhsil müəssisələrində monitorinq imtahanları keçirməyə başlamışdır. Bu illər ərzində respublikanın bütün coğrafi regionlarını əhatə edən məktəblərdən reprezentativ seçmə yolu ilə V–X siniflərdə təhsil alan 60 minə yaxın şagird üçün monitorinq imtahanları keçirilmişdir. Monitorinq imtahanlarının nəticələri Təhsil Nazirliyi ilə müzakirə edilmiş, bilik və bacarıqların qiymətləndirilməsi istiqamətində əməkdaşlığın təmin edilməsi üçün hər iki qurumun mütəxəssislərindən ibarət birgə İşçi qrup yaradılmışdır.
Bu imtahanlar üçün yazı işlərinin qiymətləndirilməsi ilə bağlı kurikulumun tələblərinə uyğun yeni qiymətləndirmə meyarları, bütövlükdə, qiymətləndirmə prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlanmışdır. Monitorinq imtahanlarının keçirilməsinin məqsədləri sırasında yeni tapşırıq modelləri üzrə qiymətləndirmə mexanizminin formalaşdırılması ilə yanaşı, təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyən edilməsi, şagirdlər tərəfindən bu proqramlar üzrə materialların mənimsənilməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması səviyyəsinin ölçülməsi, tədris prosesində müəllimlərin üzləşdiyi çətinliklərlərin aşkara çıxarılmasını göstərmək olar.
Bütün bunların əsasında 2 il bundan öncə Təhsil Nazirliyi ilə birlikdə ümumi orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının yeni qaydaları hazırlanmışdır və 2017-ci ildə ilk dəfə olaraq, yeni təhsil proqramlarının (kurikulumun) tələblərinə uyğun IX siniflərin yekun attestasiya imtahanlarında şagirdlərin mətn üzərində iş, mətnin əsas ideyasını və mətndə baş verən hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənetmə, mətnin kontekstinə uyğun olaraq sözlərin mənasını izah etmə, həndəsi qurma, tənlik qurma ilə müxtəlif həyati situasiyalara aid riyazi tapşırıqları yerinə yetirmək bacarıqları yoxlanılmışdır. Yeni imtahan modelinin hazırlanmasında məhz monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili başlıca rol oynamışdır. Kurikulum üzrə tələb olunan standartların necə yoxlanıla biləcəyi, bacarığın ölçülməsi üçün hansı alətlərdən istifadə olunacağı, tapşırıqların sayı və çətinlik dərəcələrinin müəyyən edilməsinin əsasında monitorinq imtahanlarının nəticələrinin əsaslı təhlili dayanmışdır. Yeri gəlmişkən, bu imtahanların nəticələrinə dair hazırlanmış elmi material 2015-ci ildə nəşr olunmuş, həmçinin Mərkəzin saytında elektron formada yerləşdirilmişdir (nədənsə, nə o zaman, nə də indi bu materialla əlaqədar təhsil ekspertlərinin, müəllimlərin, digər pedaqoji ictimaiyyət nümayəndələrinin fikirlərinə, təhlillərinə demək olar ki, rast gəlmək mümkün deyil. Halbuki, bu tədqiqatlar gələcəkdə mövcud ola biləcək problemlərin öncədən aşkar edilməsi və lazımi tədbirlərin görülməsi üçün əvəzsiz bir mənbə idi).
Daha sonra qəbul imtahanlarında olduğu kimi buraxılış imtahanlarının da nəticələrinin kompleks təhlili aparılmış və elmi-statistik məlumatlarla zəngin informasiya bazası toplanmışdır. 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarına aid təhlillər də “Abituriyent” jurnalının 12 nömrəli buraxılışlarında nəşr olunmuşdur.
2019-cu ildə yeni təhsil proqramları (kurikulum) üzrə təhsilalanların məzun olacağı və buna uyğun olaraq onların bacarıqlarının da yeni qaydalarla qiymətləndirilməli olduğu nəzərə alınaraq qeyd olunan elmi-statistik təhlillərin əsasında hələ 2017-ci ilin oktyabrında Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ictimaiyyətə təqdim olunmuşdur. İmtahanın forma və məzmununda olan dəyişikliklər barədə ətraflı məlumat verilmişdir. İmtahanların məzmunu, o cümlədən qiymətləndirilən standartların siyahısı Təhsil Nazirliyinin mütəxəssislərinin də iştirak etdiyi birgə İşçi qrupunda müəyyən edilmiş, bu standartların ölçülməsi üçün müvafiq qiymətləndirmə çərçivəsi işlənib hazırlanmışdır. Həmçinin, ötən ilin oktyabr ayından başlayaraq respublikanın müxtəlif şəhərlərində pedaqoji ictimaiyyət üçün Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin mütəxəssislərinin, fənlər üzrə ekspertlərin iştirakı ilə zona müşavirələri keçirilmişdir. Bu müşavirələrdə həm yeni imtahan modeli haqqında ətraflı məlumat verilmiş, həm də fənn mütəxəssisləri yerli müəllimlərlə yeni imtahanının məzmununu, yeni tapşırıq modellərini müzakirə etmişdir.
Digər tərəfdən yeni imtahan modeli, imtahanda yoxlanacaq alt standartlar (bacarıqlar), yeni tapşırıq formaları, qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında, siniflər üzrə çap edilən “Yeni təhsil proqramları üzrə qiymətləndirmə” tapşırıqları kitablarında nəşr edilmişdir. Əlavə olaraq qeyd edək ki, bu il XI sinfi bitirən şagirdlərin əksəriyyəti yuxarıda qeyd etdiyimiz monitorinq imtahanlarında, həmçinin 2 il bundan öncə onlar üçün keçirilən buraxılış imtahanlarında yeni tapşırıq formaları (yazılı cavab tələb edən) ilə imtahan prosesində də tanış olmuşlar.
2019-cu ildə tətbiq olunacaq yeni qəbul modelində nəzərdə tutulan dəyişikliklər abituriyentlərin biliklərinin daha dəqiq şəkildə üzə çıxarılmasına kömək göstərmək məqsədi daşıyır. Bu dəyişikliklərin bir sıra üstünlükləri var. İlk növbədə I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınır və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunur. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Bununla da buraxılış imtahanlarının nəticələri yekun attestasiya, V ixtisas qrupu və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əsas olmaqla yanaşı, I-IV ixtisas qrupları üzrə də müsabiqənin bir komponentinə çevrilmiş olur. Burada qəbul imtahanı fənlərinin saylarının azaldılması da vurğulanmalıdır. Belə ki, əvvəlki illərdə olduğu kimi abituriyentlər 3 buraxılış və 5 qəbul imtahanı fənni deyil, 3 buraxılış və 3 qəbul imtahanı fənni üzrə imtahan verəcəklər. Abituriyentlərin imtahan yükü daha da azaldılmışdır. Bundan əlavə, yeni qaydalarla qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələrinin iki il qüvvədə olması, yəni cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququnun (birinci mərhələdə iştirak etmədən, abituriyent imtahanın ikinci mərhləsini verir) verilməsini nəzərdə tutur. Bu da müsbət addım kimi qiymətləndirilməlidir.
Bu imtahanlarda abituriyentlərin özləri tərəfindən yazılı şəkildə cavablandırılması tələb olunan müəyyən sayda tapşırıqlardan da istifadə olunacaqdır.
Bu tapşırıqlarla demək olar ki, bütün abituriyentlər artıq tanışdırlar və yuxarıda qeyd etdiyimiz monitorinq imtahanlarında, eləcə də 9-cu sinif üzrə buraxılış imtahanlarında məhz bu növ tapşırıqlara da cavab vermişlər. Yeni model tapşırıqlarının sayı da ümumi imtahan suallarının sayına nisbətdə çox azdır. Hələlik qəbul imtahanlarında hər fənn üzrə cəmi 3 belə tapşırığın istifadə olunması nəzərdə tutulub. Bu tip tapşırıqlardan istifadə kurikulum standartlarının tələbidir və bizə abituriyentlərin yeni təhsil proqramlarında nəzərdə tutulmuş məzmun xətləri üzrə bacarıqlarını ölçmək imkanı verəcəkdir.
Bu növ yazılı cavab tələb edən tapşırıqların obyektiv yoxlanılması ilə bağlı da müəyyən fikirlər səslənir. Yazı işlərinin yoxlanılması prosesi Dövlət İmtahan Mərkəzində bu məqsədlə hazırlanmış, müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüterdən istifadə etməklə markerlər tərəfindən aparılır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmışdır. Yoxlama prosesinə respublikanın paytaxtı və regionlarından ümumtəhsil müəssisələrinin müəllimləri, ali təhsil müəssisələrinin uyğun ixtisaslar üzrə mütəxəssisləri və magistrləri cəlb edilir. Onlar əvvəlcə qiymətləndirmə meyarları ilə tanış olur və treninqlərdə (kalibrləmə prosesində) iştirak edirlər, yalnız treninq mərhələsini uğurla başa vuranlar marker qismində müqavilə əsasında yazı işlərinin yoxlanılması prosesinə cəlb olunurlar. Mərkəzdə markerlərin fənlər üzrə məlumat bazası formalaşdırılıb və bu baza artıq müntəzəm olaraq təkmilləşdirilir və zənginləşdirilir.
Bu il buraxılış imtahanlarında markerlər tərəfindən 2 milyondan artıq yazı işi (açıq tipli tapşırıq) yoxlanılmışdır. Açıq tipli tapşırıqların yoxlanılması bizdən müəyyən qədər vaxt tələb edir və bu təbii haldır. Amma imtahanların iki mərhələdə və müxtəlif vaxtlarda keçirilməsi, eləcə də markerlərin sayının getdikcə artması qiymətləndirmə prosesinin mümkün qədər tez başa çatmasına imkan verəcək.
Müəllimlər arasında müəyyən qədər narahatlıq doğuran və iradlar səsləndirilən fikirlərdən biri də xarici dil fənni üzrə imtahanının məzmununda edilmiş dəyişiklikdir. Bilirsiniz ki, burada əsas dəyişikliklərdən biri də imtahanda istifadə olunacaq 30 tapşırıqdan 6-nın “dinləyib-anlama” bacarıqlarının yoxlanılmasına aid olmasıdır.
Heç kəsə sirr deyil ki, xarici dil bilmək müasir dövrdə artıq ehtiyac halına gəlmişdir. Buna görə də rus dili ilə yanaşı, ingilis, alman və s. dillərin də lazımi səviyyədə öyrədilməsi əsas məqsədlərdən olmalıdır. Bu sahədə olan mütəxəssislərin tədqiqatları göstərir ki, şagirdlər xarici dili dinləmə və danışıq kimi aktiv metodlarla da öyrənməlidir.
Fənn kurikulumunun xarici dil fənni üzrə müəyyən etdiyi 4 məzmun xəttinə aid bacarıqların yoxlanılması tələb olunur. DİM və Təhsil Nazirliyinin İşçi qrupunun rəyi əsasında hələlik bəzi alt standartların yoxlanılması üçün əlavə vasitələr tələb edildiyindən, onlara aid tapşırıqlardan istifadə olunmur. “Danışma” məzmun xətti üzrə bilik və bacarıqlar da buraxılış imtahanında hələ ki, yoxlanılmır.
Bu imtahanda əsas etibarilə 3 (“Dinləyib-anlama”, “Oxu” və “Yazı”) məzmun xətti üzrə alt standartların yoxlanılması və qiymətləndirilməsi həyata keçiriləcək. “Dinləyib-anlama” məzmun xətti üzrə, əsasən, müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqları yoxlanılır. Bu bacarıqların da fənn kurikulumunda, dərsliklərdə şagirdlərə aşılanması nəzərdə tutulub və 11 ildir ki, həyata keçirilir. Dərsliklərdə bununla bağlı tapşırıqlar yer alıb.
“Dinləyib-anlama” ilə bağlı tədris vəsaitlərinin, audio faylların, disklərin azlığından şikayət olunur. Məlumat üçün bildirək ki, yaxın günlərdə “Abituriyent” jurnalının xüsusi buraxılışları çap olunacaq. Burada fənn proqramları, həmçinin imtahan modelinə uyğun tapşırıqlar da dərc olunacaqdır. Dinləmə bacarıqlarının yoxlanılmasına dair nümunə tapşırıqlar da jurnallarda öz əksini tapacaqdır. Dövlət İmtahan Mərkəzinin saytında isə audio fayllar yerləşdiriləcək. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.
Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan və yaxın vaxtlarda işıq üzü görəcək digər vəsait xarici dilllərə aid “Yeni təhsil proqramları (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları”dır. Burada da hər bir bölmə üzrə “dinləyib-anlama” bacarıqlarının yoxlanılması ilə bağlı tapşırıqlar yer alacaq. Bu audio fayllar da DİM-in saytında xüsusi bir bölmədə yerləşdiriləcək.
Bundan əlavə, biz axı müasir informasiya cəmiyyətində, yeni texnoloji inqilabların baş verdiyi bir dövrdə yaşayırıq. Hazırda istənilən bir xarici dillə bağlı lazımi məlumatların tapılması şagird və müəllimlər üçün çətin olmamalıdır. Kurikulumun bir cəhəti də tələbyönümlü olmaq deyilmi? Müasir təhsil sistemində şagird aktiv öyrənəndir, biliyə çatma yollarını araşdırandır. Hər bir məktəbdə kompüterlər mövcuddur. Hər birimizin əlində bir yox, bir neçə telefon var. Özümüz bəzən indiki uşaqların bütün günü əllərində telefon qulaqlarında qulaqlıqla vaxt keçirmələrindən şikayət etmirikmi? Bu vasitələrdən səmərəli istifadənin zamanı nə vaxt gələcək? Bir məsələ barədə də fikirləşməliyik. Məktəbdə xarici dili tədris edən müəllim hansı dildə danışır? İngilis dili dərsində müəllim ingilis dilində danışmırmı? Şagird dərsdə hansı dildə cavab verir? Bu məgər “dinləyib-anlama” bacarıqlarına təsir etmirmi? 11 ildir ki, yeni sistemdən danışılır, tətbiq olunur. Biz daha 11 il də gözləməliyikmi? Bu suallar hər kəsi düşündürməlidir. “Dinləyib-anlama mətni ilə bağlı yaranan süni ajiotajın ciddi bir əsası yoxdur. Təbii hər bir yenilik insanda müəyyən qədər həyəcən yaradır. Lakin əminik ki, Mərkəz tərəfindən təqdim olunacaq materiallar, keçiriləcək sınaq imtahanları (yeri gəlmişkən DİM tərəfindən ingilis dili fənni üzrə 2018-ci ilin əvvəlində monitorinq imtahanı da keçirilib və burada şagirdlərin “dinləyib-anlama” qabiliyyətləri də yoxlanılıb) abituriyentlər üçün proqamın mənimsənilməsində yardımçı vasitə olacaqdır.
Abituriyentlər və onların valideynləri, bu proseslə əlaqəli olan elmi-pedaqoji ictimaiyyət baş verən dəyişikliklərdən narahat olmamalıdırlar. Çünki bu dəyişikliklər mərhələ-mərhələ, onların elmi əsası öyrənilərək, təcrübədə sınaqdan keçirilərək tətbiq olunur.
Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 25 illik, həmçinin Dövlət İmtahan Mərkəzinin son 2 ildəki fəaliyyəti ərzində imtahanların məzmun və formasında aparılan dəyişikliklər abituriyentlərin biliklərinin daha obyektiv və şəffaf şəkildə qiymətləndirilməsi məqsədi daşımışdır. Bu gün də təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin, qiymətləndirmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:19
Bu gün səhərə yaxın İsrail İrana zərbələr endirib
Dünən, 14:20
QHT-lər Nobel Komitəsinə məktub göndərib
Dünən, 12:24
İsrail İrana zərbəni niyə ləngidir?
Dünən, 11:51
46 mindən çox şagird buraxılış imtahanı verəcək
Dünən, 11:09
Prezident nazir müavini təyin edib - Sərəncam
Dünən, 10:57
60 milyard dollarlıq yardımın önü açılır
Dünən, 10:00
Dövlət Departamenti Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə münasibət bildirib
Dünən, 00:40
Ermənistan qanunsuz mühacir alverinə qoşulur
17-04-2024, 19:37
Bir milyard insana və böyük iqtisadiyyata təhlükə yaranıb - Xəbərdarlıq
17-04-2024, 14:06
Rusiya sülhməramlıları Qarabağı tərk edir
17-04-2024, 12:15
İsrail-İran müharibəsi kölgədən çıxır - 2-ci raund olacaq?
17-04-2024, 10:53
Ermənistanın kvadrokopteri zərərsizləşdirilib - Fotolar
17-04-2024, 10:48
İrana yeni sanksiyalar tətbiq olunacaq
17-04-2024, 10:42
Fransa Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasına imkan vermir
17-04-2024, 10:33
Kəşfiyyat Komitəsi Kiyevə yardımı dəstəkləməyə çağırır
17-04-2024, 09:33
Ərdoğan Putini Türkiyədə gözləyir
16-04-2024, 19:15
Siqaretin insan orqanizminə daha bir zərəri üzə çıxıb
16-04-2024, 16:27
Ukraynanın ikinci böyük şəhərini ələ keçirmək istəyirlər
16-04-2024, 13:34
Yaxın Şərq böyük müharibəyə daha yaxındır
16-04-2024, 13:25
İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, tədbirdə çıxış edib - (Yenilənib)
16-04-2024, 11:57
Qarabağ Universiteti ilə bağlı daha bir qərar verilib
16-04-2024, 11:05
İsrail İrandan qisas almağa hazırlaşır
16-04-2024, 10:42
MAQATE İranın nüvə proqramından məlumatsızdır
15-04-2024, 20:08
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
15-04-2024, 18:20
Ordunun illik xərci: İran 9, İsrail 24 milyard dollar ayırıb
15-04-2024, 17:41
Britaniya Rusiyanın aktivlərini müsadirə edə bilməyəcək
15-04-2024, 12:27
Tokayev və Paşinyan İrəvanda nəyi müzakirə edəcəklər?
15-04-2024, 12:07
Bayden vəziyyətə nəzarəti itirib
15-04-2024, 11:52
COP29-un keçiriləcəyi tarix bəlli olub
15-04-2024, 11:46
Yadplanetlilərin daha bir sirri açılır - Foto
15-04-2024, 11:24
Nazirlər Kabineti komitənin departamentini ləğv edib
15-04-2024, 11:08
Saxta müfəttişlər sahibkarları cərimə ilə təhdid edərək yoxlama aparıb
15-04-2024, 08:41
Yaxın Şərq dünya müharibəsi ilə üz-üzədir
14-04-2024, 00:07
İran İsrailə PUA-larla hücum edib
13-04-2024, 09:44
Tovuzun kəndi atəşə tutulub
12-04-2024, 20:16
Rusiyanın vaxtı daralır: 2025-ci ildə köhnə tanklar qalmayacaq
12-04-2024, 19:51
Ermənistan Rusiya ilə müzakirələrdən yayınır - Politoloq
12-04-2024, 19:33
İran İsrailə hücuma hazırlaşır
10-04-2024, 23:21
Paşinyan: “Qarabağ məsələsi çoxdan həll edilib”
10-04-2024, 18:06
Ermənilərdən daha bir təxribat: sərhədçimiz yaralanıb
9-04-2024, 18:36
Ermənilər növbəti təxribata əl atıb
9-04-2024, 15:38
Ərdoğan İlham Əliyevə zəng edib
9-04-2024, 13:41
İran Cənubi Qafqazda dəyişmiş geosiyasi mənzərəyə uyğunlaşır
9-04-2024, 11:56
İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır