Nikol Paşinyanın istefası gözlənilir
Tarix: 15-10-2018 14:37 | Bölmə: Siyasət
Nikol Paşinyanın istefası gözlənilir

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 15-də, yaxud sabah dekabr ayında növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün istefaya getdiyini elan edəcək.

Reyting.az bildirir ki, Nikol Paşinyan “Frans24” telekanalına müsahibəsində növbədənkənar parlamanet seçkilərinin dekabrın 9-10-da keçiriləcəyini söyləyib.

“Buna görə mən oktyabrın 16-na qədər istefa verməliyəm”, - Paşinyan vurğulayıb.

Ermənistan Konstitusiyasına əsasən baş nazirin və hökumətin istefasından sonra parlament fraksiyaları 7 gün müddətində hökumət başçısı postuna yeni namizəd irəli sürməlidir. Əgər parlament həmin şəxsi seçməzsə, yenidən 7 gün müddətində yeni seçki keçirir. İkinci cəhddə baş nazir seçilməyəcəyi təqdirdə, parlament buraxılır.

Konstitusiyaya əsasən, növbədənkənar parlament seçkiləri ən azı 30 gün və ən geci qanunverici orqanın buraxılmasından sonrakı 45 gün müddətində keçiriməlidir.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}