“Qarabağ Qaziləri” Birliyinin sədri vəfat edib
Tarix: 16-10-2018 08:23 | Bölmə: Slayd
“Qarabağ Qaziləri” Birliyinin sədri vəfat edib

Bu gün səhər saatlarında “Qarabağ Qaziləri” Birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Ehtimad Əsədov vəfat edib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə qazilər.az saytına onun döyüşçü dostları məlumat veriblər.

Qeyd edək ki, E. Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

Əsədov Ehtimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.

1982-84 –cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991–ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ Qaziləri” İctimai Birliyinin sədridir.

Allah rəhbət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}