Putinə arxadan zərbə: Köçəryan nə etdi?
Tarix: 16-10-2018 12:38 | Bölmə: Siyasət
Putinə arxadan zərbə: Köçəryan nə etdi?

“Bloomberg” Ermənistandan , o cümlədən ikinci prezident Robert Köçəryanın siyasi perspektivi və rolu haqqında məqalə çap edib.

Reyting.az bildirir ki, Köçəryanın “Bloombeg”ə müsahibəsi ilə bağlı bir neçə gün anons verilib.

Yayılandan sonra onun yalnız Köçəryana yox, həm də Rusiya prezidenti Vladimir Putinə qarşı olduğu üzə çıxıb.

Məqalə “Putinin müttəfiqi Ermənistanda “məxməri inqilab”a qarşı əks hücuma rəhbərlik edir” başlığı ilə yayılıb.

Yazının leytmotivi məhz erməni cəmiyyətinə yönəldilib. Onsuz da Vladimir Putinin Ermənistandakı “məxməri inqilab”dan fərəhləndiyinə, lakin bununla bağlı onun qərarının rasional və ağıllı olduğuna inanmaq sadəlövhlük olardı. O, inqilabın gedişinə qarşı çıxmamağı qərara alıb, halbuki Ermənistandakı əvvəlki sistemin bəzi dairələri, o cümlədən Robert Köçəryan onu hələ apreldə bunu etməyə inandırmağa çalışırdı. Onlar indi də inandırmaq istəyirlər ki, bu məsələdə onları dövlət dəstəkləyir, Ermənistanda islahatlar ciddi problem və çağırışdır. Bu dövlətlərin dairəsini hesablamaq çətin deyil.

Putin ciddi fəsadları, eləcə də Rusiyanın özü üçün siyasi effektliyinin olmayacağını düşünərək müqavimət göstərmədi.
Üstəlik, Nikol Paşinyan Rusiya prezidentinə münasibətlərin qarşılıqlı faydalı formulunu təklif etdi. Bu münasibətlərin əsasında – təhlükəsizliyə cavabdehlik dayanır, sosial-iqtisadi tələblərə gəldikdə, Ermənistan onları irəli sürmür, buna Ermənistanın Rusiyaya qarşı münasibətində girov kimi baxır.

Bu formul Ermənistanın əvvəlki hakim sisteminin Putinə təklif etdiyinin təxminən eynidir. Yerevan və Moskva bu münasibətlər konsepsiyasının formulun üzərində işləməyə başlayıb və bunun üçün zamana ehtiyac var.

Putin indi çətin problemlə üzləşir, onun reytinqi aşağı düşməkdə davam edir və yeni müharibələr törətmək imkanları tükənib. Putinə bu şəraitdə erməni xalqı ilə problem lazım deyil.

Bu fonda Ermənistanın ikinci prezidentinin siyasi planları Putini Ermənistandakı inqilabın barrikadasının o tərəfində qoyacaq. Bu o deməkdir ki, Putin hanısasa addım atmağa itələnir. Ona görə ki, müəyyən vəziyyətdə hansısa addımı atmaqdan imtina təslim olmağa bərabərdir. Doğrudur, bu addım üçün potensial böyük deyil və təhlükəlidir. Məhz buna görə Rusiya prezidenti Ermənistandakı inqilaba müqavimət göstərməməyə qərar verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}